logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?

  • Bloq
  • 07-apr-2026, 10:11
  • 8
Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?

Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?


Nizamnamə əsasında fəaliyyət göstərən “A” MMC avtomobil icarəsi fəaliyyəti ilə məşğuldur və bu fəaliyyət çərçivəsində bir vətəndaşdan avtomobil alıb. Həmin əməliyyatı alış aktı vasitəsilə sistemdə qeyd etmək istəyir, lakin sistemdə vətəndaşın VÖEN-nin olduğu göstərildiyi üçün alış aktının tərtibinin mümkün olmadığı bildirilir. Lakin sözügedən avtomobil vətəndaşın VÖEN-i ilə bağlı fəaliyyətinə aid deyil. O, avtomobili şəxsi istifadəsi üçün əldə edib və hazırda fiziki şəxs kimi satır. Eyni zamanda, həmin şəxs VÖEN üzrə sadələşdirilmiş vergi ödəyicisidir. Elektron qaimə-faktura tərtib edilərsə, fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirə bilər. Fiziki şəxsin sahibkarlıq fəaliyyətinə aid olmayan əməliyyatının onun VÖEN-i üzərindən aparılması düzgün hesab edilmir. Satış predmeti sadə minik avtomobilidir, yük avtomobili deyil. Satılan avtomobilin dəyəri 120.000 manat təşkil edir. Halbuki fiziki şəxsin illik dövriyyəsi təxminən 15.000-20.000 manat olacaq. Qeyd olunanları nəzərə alaraq, məsələni hüquqi baxımdan təhlil etməyinizi xahiş edirik.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin müddəalarına əsasən, hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv) mal anlayışı ilə əhatə olunur. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Eyni zamanda, Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fiziki şəxslərdən alışı həyata keçirilən nəqliyyat vasitələri üzrə mülkiyyət hüququ daşınar əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin nəqliyyat vasitəsinə görə Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktının tərtib edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 71-2-ci maddələri, Mülki Məcəllə və “Yol hərəkəti haqqında” Qanun

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    07-apr-2026 | Bloq
  • Bir sıra normativ sənədlər təsdiq edilib
    Bir sıra normativ sənədlər təsdiq edilib
    07-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech