logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi bəyannamələrini mobil tətbiq üzərindən təqdim etmək mümkün olacaq

  • Bloq
  • 08-apr-2026, 10:28
  • 23
Vergi bəyannamələrini mobil tətbiq üzərindən təqdim etmək mümkün olacaq

Vergi bəyannamələrini mobil tətbiq üzərindən təqdim etmək mümkün olacaq


Artıq Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi mümkün olacaq. Bu barədə İqtisadiyyat Nazirliyi yanında ekspert Samir Qəhrəmanov məlumat verib.

Bu yenilik vergi ödəyicilərinin rahatlığını və işlərin çevik reallaşmasını hədəfləyir: “İlkin mərhələdə sadələşdirilmiş vergi bəyannamələrini mobil tətbiq üzərindən təqdim etmək mümkün olacaq. Bu, əsasən, mikro sahibkarların işinə yarayacaq. Onlar bəyannamələrini mobil tətbiq üzərindən rahat şəkildə təqdim edə biləcəklər. Növbəti dövrlərdə bu xidmətin digər vergi bəyannamələrini də əhatə etməsi nəzərdə tutulur”.

Dövlət Vergi Xidmətinin istifadəyə verdiyi yeni portalın xidmətləri barədə də danışıb. Bildirib ki, həmin portal üzərindən təqdim edilən bəyannamələrin proaktiv xidmətə keçidi baş verir: “Bu, daha çox yoxlama xarakteri daşıyır. Artıq bəyannamə təqdim edilərkən uyğunsuzluqları həmin anda vergi ödəyicisinin qarşısına çıxarır. Əvvəllər həmin yanlışlıqlara görə uyğunsuzluq məktubları göndərilirdi və bundan sonra düzəlişlər edilirdi. Artıq bu bir addım önə çəkilərək, daha operativ şəkildə, məhz təqdim edilərkən göstərilir və düzəliş edilir. Bu, davamlı olaraq aparılacaq”.

Digər bir yenilik isə mühasiblərin narahatlıqlarına son qoyub. Artıq portalda uyğunsuzluq məktublarına verilmiş cavab məktublarının kameral vergi yoxlamaları prosesində bəyannamələrlə birbaşa əlaqələndirilməsi xidməti yaradılıb. Bu xidmətdən istifadə iki yolla mümkündür: birinci halda vergi ödəyiciləri onlara İnternet vergi idarəsi portalı ((new.e-taxes.gov.az)) üzərindən göndərilən uyğunsuzluq məktublarına daxil olmaqla “Cavabla” əməliyyatı ilə göndərilən cavab məktubları və ona əlavə edilmiş zəruri sənədləri əlavə edərək vergi orqanına göndərir. İkinci, uyğunsuzluq məktubu göndərilmədiyi halda isə portalda “Cavabla” düyməsindən istifadə etmədən də bu xidmətdən istifadə mümkündür. Bu zaman vergi ödəyicisi tərəfindən ”Məktublar” bölməsinə daxil olaraq “Yeni müraciət” hissəsində müraciətin növü kimi “Kameral vergi yoxlaması ilə əlaqədar bəyannaməyə əlavə ediləcək izahat və sənədlər” seçilməklə “Uyğunsuzluq əlavə et” alt bölməsində bəyannamənin tədiyyəsini və dövrünü daxil edərək “Əlavə et” düyməsi sıxılır. Daha sonra məktub və ona əlavə edilmiş zəruri sənədlər vergi orqanına göndərilir. Bu zaman hər iki halda göndərilən cavab məktubları avtomatik olaraq kameral yoxlama aparılan bəyannamə ilə əlaqələndirilir. Vergi orqanının əməkdaşı həmin bəyannaməyə yoxlama keçirmək istəyərkən mütləq şəkildə artıq o məktuba baxmalı olacaq. Sadəcə, vergi ödəyicisi həmin məktubu düzgün bölməni seçərək yazmalıdır, orada uyğunsuzluğun olduğu dövrü və tədiyyə növünü də qeyd etməlidir. Bu halda vergi orqanı əməkdaşı mütləq şəkildə onun verdiyi cavaba baxıb sonra kameral vergi yoxlaması keçirə bilər”.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • 109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    25-may-2026 | Bloq
  • İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    25-may-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    22-may-2026 | Bloq
  • Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    22-may-2026 | Bloq
  • İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    21-may-2026 | Bloq
  • Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    21-may-2026 | Bloq
  • Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    20-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech