logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Atalıq məzuniyyətinin müddəti və hesablanması qaydası

  • Bloq
  • 13-apr-2026, 10:16
  • 46
Atalıq məzuniyyətinin müddəti və hesablanması qaydası

Atalıq məzuniyyətinin müddəti və hesablanması qaydası


Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əvvəlki redaksiyasında verilən 130-cu maddəsinə əsasən, işçinin xahişi ilə həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilirdi. Son dəyişikliklərdən sonra Məcəllənin 125-ci maddəsində qeyd edilib ki, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Ekspert Kəmalə Yusifova yeniliyin təcrübədə tətbiqi və atalıq məzuniyyətinə görə ödənişin hesablanması zamanı yaranan suallara aydınlıq gətirir.

Əmək Məcəlləsinin 125-ci maddəsindən də aydın olduğu kimi, 14 təqvim gününün biri mütləq şəkildə uşağın doğuş zamanına təsadüf etməlidir, yəni uşaq doğulduqdan sonra və ya uşağın doğulmasına qədər 14 gün məzuniyyət verilməsi təyin edilməyib.

Atalıq məzuniyyətinin hesablanması isə Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən həyata keçirilir. İşçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı bu qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Yuxarıda göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən sonuncu bir günlük əməkhaqqından az olduğu halda, sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.

Orta əməkhaqqı müəyyən edilərkən Əmək Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, Əmək Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri də məzuniyyətin sonuncu əməkhaqqı ilə müqayisə olunmasıdır. Məcəllənin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əməkhaqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Sonuncu əməkhaqqı dedikdə, işçinin məzuniyyətə getdiyi ayda əmək müqaviləsində qeyd edilən maaşı nəzərdə tutulur.

İndi isə atalıq məzuniyyətinin hesablanmasına aid nümunəyə baxaq:

Misal 1: Tutaq ki, işçi 15 fevral 2026-cı il tarixdən 14 təqvim günü atalıq məzuniyyətindən istifadə edir. Onun əmək müqaviləsində qeyd edilən maaşı 1.500 manatdır və 5 günlük iş rejimi ilə çalışır.

Yanvar 2026 - aylıq gəliri 1.700 manat (aylıq iş günü - 19 gün);
Dekabr 2025 - aylıq gəliri 1.600 manat (aylıq iş günü - 22 günü).

Bu zaman hesablama belə olacaq:

(1.700 + 1.600) : (19 + 22) = 3.300 : 41 = 80,49 manat (orta günlük qazanc);
80,49 x 10 = 804,9 manat (10 gün 15-28 fevraldakı iş günün sayıdır).

Hesablamamıza əsasən, atalıq məzuniyyətinə görə ödənişin məbləği tutulmalarsız 804,9 manat edir.
Bu halda işçinin fevral ayı üzrə gəliri 1.554,9 manat təşkil edir:

(1.500 : 20) x 10 = 750 manat (işlədiyi günə görə qazancı);
750 + 804,9 = 1.554,9 manat.

İndi isə fevral ayında işlədiyi halda, işçinin qazancının nə qədər olacağına baxaq:

1.500 : 20 = 75 manat (orta günlük qazancı).

Nümunəyə baxdıqda görürük ki, işçinin atalıq məzuniyyətində orta günlük qazancı daha üstündür, bu halda hesablanan orta günlük qazancı əsas götürürük. Əgər atalıq məzuniyyətində orta günlük qazanc (işləsəydi) həmin ayda orta günlük qazancdan aşağı olarsa, normal orta günlük qazanc əsas götürüləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    15-apr-2026 | Bloq
  • AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
    AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
    15-apr-2026 | Bloq
  • Məcburi ƏDV qeydiyyatı üçün dövriyyə həddi
    Məcburi ƏDV qeydiyyatı üçün dövriyyə həddi
    14-apr-2026 | Bloq
  • VÖEN-i müvəqqəti dayandırmaq üçün nə etməli…
    VÖEN-i müvəqqəti dayandırmaq üçün nə etməli…
    14-apr-2026 | Bloq
  • Vətəndaşlar tərəfindən edilən kart ödənişlərinə komissiya gəlir?
    Vətəndaşlar tərəfindən edilən kart ödənişlərinə komissiya gəlir?
    13-apr-2026 | Bloq
  • Atalıq məzuniyyətinin müddəti və hesablanması qaydası
    Atalıq məzuniyyətinin müddəti və hesablanması qaydası
    13-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    10-apr-2026 | Bloq
  • Gəlir vergisi artıq belə bəyan ediləcək
    Gəlir vergisi artıq belə bəyan ediləcək
    10-apr-2026 | Bloq
  • Azərbaycanda ən çox vergi ödəyən  100 şirkətin - ADLARI MƏLUM OLDU
    Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin - ADLARI MƏLUM OLDU
    09-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech