logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Nəzarət-kassa aparatı ilə bağlı tətbiq olunan YENİ maliyyə sanksiyasının mahiyyəti

  • Bloq
  • 20-yan-2022, 16:26
  • 173
Nəzarət-kassa aparatı ilə bağlı tətbiq olunan YENİ maliyyə sanksiyasının mahiyyəti
1 yanvar 2021-ci il tarixindən etibarən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə nəzarət-kassa aparatı ilə bağlı “o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilib. Maddədən göründüyü kimi, maliyyə sanksiyaları nəzarət-kassa aparatı qəbzinin verilməməsi və ya nəzarət-kassa aparatının tələblərə uyğun olmaması ilə bağlı idi. Nəzarət-kassa aparatının qəbzindəki məlumatların düzgün olmaması ilə bağlı hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu. Vergi Məcəlləsinə əlavə edilən dəyişiklikdə qeyd edilir ki, nağd hesablaşmalar zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq ediləcək.

Maddənin tələblərini misallarla izah etmədən öncə, Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd edilən tələbləri nəzərdən keçirək. Həmin maddəyə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

- vergi ödəyicisinin adı;

- VÖEN-i;

- çekin vurulmasının tarixi və saatı;

- təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

- gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

- nəzarət-kassa aparatının markası və zavod nömrəsi;

- nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);

- malın sürətli məlumat kodu (Quick Response Code);

- ödənilmiş məbləğ;

- müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);

- nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);

- ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);

- çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);

- nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;

- geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Mİsal 1. Tikinti avandanlıqlarının pərakəndə satışını həyata keçirən ƏDV ödəyicisi elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə nağd hesablaşmaları həyata keçirir. Amma nəzarət-kassa aparatının çekinin üzərində ƏDV-nin məbləği qeyd edilməyib. Vergi orqanı keçirdiyi vergi nəzarəti tədbirləri zamanı pozuntunu aşkar etdikdə, vergi ödəyicisi tərəfindən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyi halda 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 2. Geyim mallarının pərakəndə satışını həyata keçirən vergi ödəyicisinin NKA çekində malın adı qeyd olunmayıb. Vergi Məcəlləsinin 58.8-ci maddəsi üzrə pozuntu təqvim ili ərzində ikinci dəfə baş verdiyi üçün, vergi orqanı tərəfindən 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 3. Operativ vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalar zamanı kassa çekini təqdim etməyib, bundan əlavə, nəzarət-kassa aparatı çekində ödənişin forması və üsulu haqqında məlumat qeyd edilməyib. Hər iki hal Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə tənzimləndiyi üçün vergi orqanı tərəfindən vergi ödəyicisinin bir təqvim ili ərzində yol verdiyi pozuntunun sayına müvafiq məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək.

Sonda bir məsələni də qeyd edək ki, 1 yanvar 2022-ci ilədək də vergi orqanı tərəfindən nəzarət-kassa aparatınının çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların əks olunmasının yoxlanması ilə bağlı vergi nəzarəti tədbirləri həyata keçirirdi. Vergi orqanı tərəfindən həmin əsaslarla tətbiq edilən maliyyə sanksiyaları ilə bağlı vergi ödəyicilərinin yuxarı vergi orqanı və məhkəməyə şikayətləri olurdu. Vergi ödəyiciləri hesab edirdilər ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların nəzarət-kassa çekində qeyd olunmaması həmin avandanlığın texniki tələblərə cavab verməməsi kimi qiymətləndirilməməlidir. Bu səbəbdən də Vergi Məcəlləsinin 58.7-ci maddəsinə düzəliş edilməsi məqsədəuyğun sayılıb.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    05-sen-2025 | Bloq
  • İdxal edilən mallar barədə məlumat təqdim etmək öhdəliyi və məsuliyyət
    İdxal edilən mallar barədə məlumat təqdim etmək öhdəliyi və məsuliyyət
    05-sen-2025 | Bloq
  • Qeyri-rezidentlərin gəlirlərinin vergiyə cəlb olunması qaydası
    Qeyri-rezidentlərin gəlirlərinin vergiyə cəlb olunması qaydası
    04-sen-2025 | Bloq
  • Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?
    Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?
    04-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    03-sen-2025 | Bloq
  • Hansı halda işçinin məlumatlarının digər şəxslərə ötürülməsi qadağandır?
    Hansı halda işçinin məlumatlarının digər şəxslərə ötürülməsi qadağandır?
    03-sen-2025 | Bloq
  • Vergidən çıxılan xərclər: nümayəndəlik, işçi mənzil və yemək xərcləri ilə bağlı yeniliklər
    Vergidən çıxılan xərclər: nümayəndəlik, işçi mənzil və yemək xərcləri ilə bağlı yeniliklər
    02-sen-2025 | Bloq
  • Depozit gəlirlərinə hansı hallarda vergi güzəşti tətbiq olunur?
    Depozit gəlirlərinə hansı hallarda vergi güzəşti tətbiq olunur?
    02-sen-2025 | Bloq
  • Müharibə iştirakçısının müqaviləsi bitdikdə məzuniyyət günləri necə hesablanır?
    Müharibə iştirakçısının müqaviləsi bitdikdə məzuniyyət günləri necə hesablanır?
    01-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]