logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

“Pərakəndə satış” anlayışından “elektron qaimə-faktura” məfhumu niyə çıxarılıb?

  • Bloq
  • 20-yan-2022, 17:42
  • 139
“Pərakəndə satış” anlayışından “elektron qaimə-faktura” məfhumu niyə çıxarılıb?
1 yanvar 2022-ci il tarixə qədər Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə uyğun olaraq pərakəndə satış dedikdə, malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulurdu. Təsdiq edilən dəyişiklikdən sonra “pərakəndə satış” anlayışının izahından “sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura” sözləri çıxarılıb.

Fikrimizcə, dəyişiklikdə məqsəd “pərakəndə satış” və “topdansatış” anlayışlarına daha konkret yanaşmanın tətbiq edilməsdir. Çünki qeyd olunan maddənin əvvəlki redaksiyası müəyyən suallar yaradırdı: təqdim edilən malların sayı və ya qiymətində hansı fərqli yanaşmalar olmalıdır ki, onlar topdansatışa aid edilsin?

Misal üçün, pərakəndə satış fəaliyyəti həyata keçirən ərzaq mağazasından vətəndaş yas mərasiminin keçirilməsi məqsədilə 50 kilo qənd və ya düyü alırdısa, bu satış topdansatış hesab edilməli idimi? Digər misal, pərakəndə satış fəaliyyəti həyata keçirən vergi ödəyicisi hüquqi şəxs və ya fərdi sahibkara onun işçilərinin istehlakı məqsədilə ilə 2 kiloqram konfet satışı həyata keçirdikdə, elektron qaimə-faktura verirdisə, bu, topdansatış fəaliyyəti hesab edilə bilərdimi?

Suallara cavab vermək üçün topdansatış fəaliyyətinin də tərifinə diqqət yetirək. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Mİsal 1. Vergi ödəyicisi iki fərqli obyektdə tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur. Evin təmiri ilə məşğul olan şəxs həmin vergi ödəyicisindən 500 kub taxta alırsa, bu cür satış topdansatış fəaliyyəti hesab edilməyəcək. Çünki alıcı həmin malları istehlak məqsədilə əldə etdiyindən pərakəndə satış kimi rəsmiləşdirilməlidir.

Mİsal 2. Tikinti materiallarının satışını həyata keçirən vergi ödəyicisi 500 kub taxtanı Lənkəran şəhərində inşaat materialları mağazası olan şəxsə təqdim edib. Malların bu cür satışı topdansatış fəaliyyəti hesab edilir, çünki qarşı tərəf onu sahibkarlıq fəaliyyəti, yəni satmaq üçün istifadə edəcək. Təbii ki, proses zamanı malların təhvil verilməsi elektron qaimə-faktura və s. ilə rəsmiləşdirilməlidir.

Mİsal 3. Tikinti materiallarının satışını həyata keçirən vergi ödəyicisi tikinti sahəsində çalışan vergi ödəyicisinə 500 kub taxtanın satışını həyata keçirib. Malların bu cür təqdim edilməsi də topdansatış fəaliyyəti hesab olunmalıdır. Çünki alıcı şəxs həmin malları sahibkarlıq fəaliyyəti üçün əldə edib.

Maraqlı məqamlardan biri də, pərakəndə ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin satış yox, istehlak məqsədilə malların təqdim etməsi hallarının tənzimlənməsidir…

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq
  • İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    27-fev-2026 | Bloq
  • Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    26-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech