logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?

  • Bloq
  • 04-may-2026, 10:08
  • 18
Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?

Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?


İşçinin məzuniyyət müddətinin 2 ayı əhatə etdiyi hallarda həmin dövr üzrə hesablamalar aylar üzrə ayrıca aparılmalı və sonuncu əməkhaqqı ilə müqayisə ediməlidir. Bəs Әmək Məcəlləsinin 111-ci maddəsinə əsasən müəyyən edilmiş sonuncu əməkhaqqı bu Məcəllənin 140-cı maddəsinə uyğun hesablanan məzuniyyət haqqından yüksək olduğu halda aylar üzrə bölgü necə aparılmalıdır?

İqtisadçı ekspert Anar Bayramov sualları nümunələr əsasında aydınlaşdırır.

Misal 1: Beşgünlük iş rejimində çalışan işçi 23 yanvar 2026-cı il tarixdən 14 gün müddətinə əmək məzuniyyəti hüququndan istifadə edir. İşçinin 14 təqvim gününə hesablanan məzuniyyət haqqı 1.000 manat təşkil etdiyi halda, iş günlərinə hesablanan məbləğ 1.400 manat təşkil edir. İşəgötürən Əmək Məcəlləsinin 111-ci maddəsinin tələblərinə uyğun olaraq məzuniyyət haqqını 1.400 manat olaraq nəzərə alacaq:

Mәzuniyyәt dövrü iki ayı әhatә edir:

Yanvar ayında – 9 təqvim günü;
Fevral ayında – 5 təqvim günü;
Cəmi – 14 təqvim günü.

Bu halda bölgü belə aparılmalıdır:

1.400 : 14 = 100 manat (1 təqvim gününə düşən məbləğ)
Yanvar ayı üzrə: 100 x 9 = 900 manat;
Fevral ayı üzrə: 100 x 5 = 500 manat.

Beləliklə, 900 manat yanvar ayının gəlirlərində, 500 manat fevral ayının gəlirlərində nəzərə alınmalı və hər iki ay üzrə ayrıca icbari ödənişlərə cəlb edilməlidir.

Təcrübədə rast gəlinən suallardan biri də ondan ibarətdir ki, işçi Әmək Məcəlləsində edilmiş dəyişikliklərə dair qanun qüvvəyə minməzdən əvvəl əmək məzuniyyəti hüququndan istifadə etdikdə yeni hesablama qaydası ona şamil olunmalıdırmı? Qeyd edək ki, Әmək Məcəlləsində edilmiş dəyişikliklər 16 yanvar 2026-cı il tarixdən qüvvəyə minib.

Misal 2: İşçi 7 yanvar 2026-cı il tarixdə 7 günlük əmək məzuniyyəti hüququndan istifadə edib. Əmək Məcəlləsində dəyişikliklər qüvvəyə mindikdən sonra həmin məzuniyyət haqqı sonuncu əməkhaqqı ilə müqayisə olunmalıdırmı? Fikrimizcə, bu halda məzuniyyət haqqının sonuncu əməkhaqqı ilə müqayisə edilməsinə ehtiyac yoxdur.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi, həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq, onun qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə də şamil edilir.

Lakin nəzərə almaq lazımdır ki, sonuncu əməkhaqqı ilə müqayisə mexanizminin tətbiqi işçinin vəziyyətini yaxşılaşdırsa da, işəgötürənin vəziyyətini pisləşdirən hal kimi çıxış edir. Bu səbəbdən, qeyd edilən halda Konstitusiya Qanununun 87.2-ci maddəsinin tətbiqi məqsədəuyğun hesab edilmir. Bununla belə, işəgötürən əmək hüquqlarının yaxşılaşdırılması prinsiplərini rəhbər tutaraq, bu yanaşmanı 1 yanvar 2026-cı ildən etibarən verilən məzuniyyətlərə könüllü şəkildə tətbiq edə bilər.

Misal 3: İşçi 10 yanvar 2026-cı il tarixdə 14 gün müddətinə əmək məzuniyyəti hüququndan istifadə edib. Fikrimizcə, bu halda işəgötürən Əmək Məcəlləsində dəyişikliklərin qüvvəyə mindiyi 16 yanvar 2026-cı il tarixi də daxil olmaqla, həmin tarixdən sonrakı məzuniyyət dövrü üzrə məzuniyyət haqlarını sonuncu əməkhaqqı ilə müqayisə etməlidir. Əgər həmin dövrə təsadüf edən məzuniyyət haqqı sonuncu əməkhaqqından az olarsa, hesablamalara müvafiq düzəliş edilməlidir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq
  • Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    29-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech