logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar

  • Bloq
  • 07-may-2026, 09:57
  • 7
Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar

Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar


Diplomatlara pensiyaya çıxarkən ya son 24 ayda, ya da istənilən ardıcıl 60 ayda aldıqları orta aylıq maaş əsasında hesablanan məbləğin 6 misli həcmində birdəfəlik ödəniş veriləcək.

Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq?
Biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu gün keçirilən iclasında müzakirə edilən “Diplomatik xidmət haqqında” layihədə əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinin strukturu yenidən müəyyənləşdirilir. Belə ki, maaşa aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, eləcə də artıq iş vaxtına görə ödəniş daxil ediləcək. Bundan başqa, əmək şəraitinin ağırlığı və iqlim şəraiti ilə bağlı əlavələrin də tətbiqi nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və əlavələri “Dövlət qulluğu haqqında” qanunun 33-4-cü maddəsində müəyyən edilən şərtlərə uyğun formalaşdırılacaq. Xidməti fəaliyyəti qiymətləndirilən vəzifələrdə çalışan əməkdaşların əməyinin ödənişi diplomatik xidmət stajı və fəaliyyət nəticələri nəzərə alınmaqla müəyyən ediləcək.

Layihədə qeyd olunur ki, diplomatik xidmətə qəbul prosesi başa çatana qədər diplomatik vəzifədə müvəqqəti çalışan şəxslərin aylıq maaşı həmin vəzifənin birinci ödəniş pilləsi üzrə maaşın 50 faizi həcmində müəyyən ediləcək.

Qanun layihəsində pensiya yaşına çatdığına görə diplomatik xidmətdən ayrılan şəxslərlə bağlı müddəalar da dəyişdirilir. Belə ki, diplomatik xidmət orqanı əməkdaşına diplomatik xidmətdə son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay üzrə orta aylıq dövlət məvacibinin 6 misli həcmində birdəfəlik haqq veriləcək. Həmin məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulacaq.

Eyni zamanda, diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə xitam verildikdə əməkdaşa orta aylıq dövlət məvacibinin 3 misli həcmində müavinət ödənilməsi nəzərdə tutulur. Hərbi xidmətdən qayıdan və 60 gün ərzində müraciət edən şəxslərin əvvəlki vəzifəyə və ya analoji vəzifəyə təyin olunması da layihədə əksini tapıb.

Dəyişikliklərdə diplomatik xidmət stajına daxil ediləcək dövrlərin siyahısı da genişləndirilir. Buraya məcburi işburaxma dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət, ödənişli sosial məzuniyyətlər, beynəlxalq təşkilatlarda fəaliyyət dövrü və dövlət orqanı rəhbərlərinin qulluq illəri daxil edilir.

Qanun layihəsinə əsasən, dəyişikliklərin 2026-cı il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech