İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub

2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, idxal ediləcək malların saxlanılacağı və ya boşaldılacağı yer barədə məlumatların vergi orqanına təqdim olunması ilə bağlı tələb ləğv edilib.
Yeni qaydalara görə, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) mövcuddursa, idxal edilən mallarla bağlı ayrıca məlumat formasının təqdim olunmasına ehtiyac qalmır. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektlərinə (obyektlərinə) boşaldılmış hesab edilir.
Beləliklə, fəaliyyət istiqaməti idxal olunmuş malların topdan satışı olan və vergi orqanında uçota alınmış iki təsərrüfat obyektinə malik şirkət idxal etdiyi malların saxlanılacağı yer barədə əlavə məlumatı vergi orqanına təqdim etmədən malları həmin obyektlərə boşalda bilər.
Qeyd olunan tələblər qeyri-sahibkarlıq və şəxsi istifadə məqsədilə idxal edilən mallara şamil edilmir.
Əsas: Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsi.