logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?

  • Bloq
  • 26-may-2026, 10:45
  • 10
109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?

109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?


Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, müəyyən hallarda alış aktı və nəzarət-kassa aparatının (NKA) çeki əsasında rəsmiləşdirilən xərclərin gəlirdən çıxılmasına məhdudiyyət tətbiq edilir. Qanunvericiliyə görə bu xərclərin gəlirdən çıxılan hissəsi vergi ödəyicisinin illik gəlir və ya xərclərinin daha yüksək olan göstəricisinin hər biri üzrə 2%-i həddində müəyyən olunur.

Mövcud qaydalara əsasən, alış aktı və NKA çeki üzrə tətbiq edilən 2%-lik limit birlikdə deyil, ayrı-ayrılıqda hesablanır. Yəni vergi ödəyicisi eyni təqvim ili ərzində həm vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı ilə əldə etdiyi mallar üzrə, həm də vergi ödəyicilərindən NKA çeki əsasında aldığı mallar üzrə ayrıca limitdən istifadə edə bilər.

Bu isə o deməkdir ki, sahibkar alış aktı üzrə xərcləri üçün ayrıca 2%, NKA çeki üzrə xərcləri üçün isə ayrıca 2% həddində məbləği gəlirdən çıxmaq hüququna malikdir. Hər iki xərc növü eyni limit daxilində cəmlənmir və ayrıca qiymətləndirilir.

Qeyd edək ki, bu qayda “Nağdsız hesablaşmalar haqqında” Qanunda göstərilən bəzi mallara şamil edilmir. Belə ki, qiymətli metallar, qiymətli daşlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və digər əsas vəsaitlərin alınması zamanı həmin güzəşt və məhdudiyyətlər tətbiq olunmur.

Beləliklə, Vergi Məcəlləsinin 109.8-ci maddəsi vergi ödəyicilərinə həm alış aktı, həm də NKA çeki üzrə ayrıca limitlərdən istifadə etməyə imkan verir və bu xərclərin hər biri ayrıca qaydada gəlirdən çıxılan xərc kimi nəzərə alınır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • 109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    25-may-2026 | Bloq
  • İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    25-may-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    22-may-2026 | Bloq
  • Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    22-may-2026 | Bloq
  • İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    21-may-2026 | Bloq
  • Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    21-may-2026 | Bloq
  • Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    20-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech