logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib

  • Bloq
  • 01-iyn-2026, 14:52
  • 0
Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib

Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib


İyunun 1-dən etibarən Azərbaycanda ödəniş kartları ilə həyata keçirilən əməliyyatlar üzrə xidmət haqqı tariflərinin (interçeync komissiyalarının) yuxarı hədləri tətbiq edilməyə başlanıb. Bununla bağlı qərar Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov tərəfindən imzalanıb.

Qərara əsasən, ölkə daxilində ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatlarda müəyyən fəaliyyət sahələri üzrə tətbiq olunan interçeync komissiyalarına maksimum limitlər müəyyən edilib. Belə ki, aptek və supermarket kateqoriyasına aid ticarət obyektlərində aparılan ödənişlər üzrə interçeync komissiyasının yuxarı həddi əməliyyat məbləğinin 1,25 faizi səviyyəsində müəyyən olunub. Yanacaqdoldurma məntəqələrində həyata keçirilən ödənişlər üzrə bu göstərici 0,75 faiz, digər ümumi kateqoriyalı əməliyyatlar üzrə isə 1,5 faiz təşkil edir.

Mərkəzi Bankın qərarında qeyd olunur ki, sözügedən tariflər ödəniş sistemləri iştirakçıları arasında tətbiq edilən xidmət haqlarına aiddir və kart ekosistemində daha şəffaf və balanslı tarif siyasətinin formalaşdırılmasına xidmət edir. Eyni zamanda, müəyyən edilmiş kateqoriyalara daxil olmayan digər MCC kodları üzrə ölkədaxili kart əməliyyatlarında interçeync komissiyalarına hər hansı yuxarı hədd tətbiq olunmur.

Qeyd edək ki, MCC (Merchant Category Code) kodları ticarət və xidmət obyektlərinin fəaliyyət sahəsini müəyyən edən beynəlxalq təsnifat kodlarıdır və hər bir sahibkarlıq subyekti fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq kodla təsnifləşdirilir.

Yeni tariflər 1 iyun 2026-cı il tarixindən qüvvəyə minib və qərar qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim olunacaq. Mütəxəssislərin fikrincə, yeni yanaşma kart ödənişləri bazarında tariflərin tənzimlənməsinə, nağdsız ödənişlərin inkişafına və maliyyə xidmətləri sektorunda rəqabət mühitinin gücləndirilməsinə müsbət təsir göstərəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    01-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    01-iyn-2026 | Bloq
  • 2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • 109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    25-may-2026 | Bloq
  • İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    25-may-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    22-may-2026 | Bloq
  • Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    22-may-2026 | Bloq
  • İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    21-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech