logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?

  • Bloq
  • 03-iyn-2026, 10:18
  • 9
Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?

Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?


2026-cı il yanvarın 1-dən etibarən fərdi sahibkarların məcburi dövlət sosial sığorta (MDSS) haqqının hesablanması qaydasında dəyişiklik edilib. Əvvəl tətbiq olunan sabit və regionlara görə fərqləndirilmiş sistem ləğv edilərək dövriyyəyə əsaslanan vahid faiz mexanizmi tətbiq edilib.

Yenilikləri MMC şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşən Əliyev şərh edib.

Yeni qaydaya əsasən, fərdi sahibkarlar məcburi dövlət sosial sığorta haqqını sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin (xərclər çıxılmadan) 2 faizi həcmində hesablayırlar. Hesablanan məbləğ minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən isə çox ola bilməz.

2026-cı il üçün minimum aylıq əməkhaqqı 400 manat müəyyən olunduğundan:

• minimum MDSS məbləği — 60 manat;

• maksimum MDSS məbləği — 400 manat təşkil edir.

Bu o deməkdir ki:

• hesablanan məbləğ 60 manatdan az olduqda 60 manat;

• 400 manatdan çox olduqda isə maksimum 400 manat ödənilir.

Məcburi dövlət sosial sığorta haqqı aylıq hesablanır və növbəti ayın 15-dən gec olmayaraq ödənilməlidir.

Misal 1: Sumqayıtda fərdi sahibkar kimi fəaliyyət göstərən Hüseynov İsmayıl 2026-cı ilin may ayında gəliri 14.000 manat olub. Onun ödəyəcəyi MDSS haqqı məbləğini hesablayaq:
14.000 x 2% = 280 manat.

Hesablanan məbləğ müəyyən edilmiş hədlər daxilində olduğuna görə, ödənilməli MDSS haqqı 280 manat təşkil edir.

Misal 2: Qəbələdə fərdi sahibkar kimi fəaliyyət göstərən Abbasov Xalid 2026-cı ilin fevral ayında gəliri 1.800 manat olub. Onun ödəyəcəyi MDSS haqqı məbləğini hesablayaq:
1.800 x 2% = 36 manat.

Hesablanan məbləğ minimum həddən aşağı olduğuna görə, sahibkar 60 manat MDSS haqqı ödəməlidir.

Misal 3: Şəkidə fərdi sahibkar kimi fəaliyyət göstərən Əliyev Fərid 2026-cı ilin avqust ayında gəliri 35.000 manat olub. Onun ödəyəcəyi MDSS haqqı məbləğini hesablayaq:
35.000 x 2% = 700 manat.

Hesablanan məbləğ maksimum həddi keçdiyindən, sahibkar 400 manat MDSS haqqı ödəyəcək.

Yeni tətbiq olunan qayda fərdi sahibkarların sosial sığorta ödənişlərinin faktiki gəlirlərə uyğun hesablanmasını təmin edir. Bununla həm vahid və şəffaf hesablama mexanizmi formalaşdırılır, həm də sahibkarların sosial öhdəlikləri daha ədalətli şəkildə müəyyən edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq
  • Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    01-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    01-iyn-2026 | Bloq
  • 2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • 109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    25-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech