logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?

  • Bloq
  • 08-iyn-2026, 10:52
  • 10
Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?



Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarına dəyişikliklər edilməsi ilə məcburi sosial sığorta üzrə ödənilən müavinətlərin hesablanması qaydaları da dəqiqləşdiirlib.

İqtisadçı ekspert Anar Bayramov əsas və əlavə iş yerlərində çalışan, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinətin hesablanması meyarlarını şərh edib.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.11-ci bəndinə əsasən, sığortaolunan əsas iş yeri ilə yanaşı, əlavə iş yerində (yerlərində) də muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə etdikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda, qalan günlər üçün isə sığortaolunanlara sığortaçı tərəfindən onun ümumi qazancı əsasında hesablanır və ödənilir.

Nazirlər Kabinetinin 189 saylı qərarının əvvəlki redaksiyasında da əsas və əlavə iş yerləri olduqda ilk 14 təqvim günü üzrə müavinətin ayrıca hesablanması nəzərdə tutulurdu. Lakin son dəyişikliklərdən sonra mexanizm daha dəqiq müəyyən olunub:

- İlk 14 təqvim günü üzrə hər bir işəgötürən öz iş yerində olan qazanc əsasında müavinəti ayrıca hesablayır və ödəyir;

- 14 gündən artıq olan hissə üzrə isə hesablanma artıq işçinin əsas və əlavə iş yerləri üzrə ümumi qazancı əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılır.

Misal 1: İşçi həm əsas, həm də əlavə iş yerində çalışır və 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda ilk 14 təqvim gününə görə əsas iş yeri üzrə müavinət həmin iş yerindəki qazanc əsasında ayrıca hesablanır. Eləcə də əlavə iş yeri üzrə müavinət də həmin iş yerindəki qazanc əsasında ayrıca hesablanır. Yəni, iki işəgötürən öz payına düşən məbləği ayrıca ödəyir.

İşçi əmək qabiliyyətini 14 gündən çox, yəni, 20 gün müddətinə itirdiyi üçün sığortaçı olan DSMF tərəfindən ödənişlər həyata keçirilməlidir. Beləliklə, 6 gün (20 gün – 14 gün) üzrə müavinət artıq işçinin bütün iş yerləri üzrə ümumi qazancı nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanır və ödənilir.

Bəs işçi həm də fərdi sahibkarlıqla məşğul olduğu halda müavinət necə hesablanacaq?

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.12-ci bəndinə əsasən, əsas iş yerindən əlavə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət bu Qaydanın 2.11-ci bəndinə əsasən, lakin ilk 14 təqvim günü üçün yalnız əsas iş yeri üzrə sığortaedən tərəfindən hesablanır və ödənilir.

Maddənin tələbindən göründüyü kimi, əgər şəxs həm muzdlu işçi kimi çalışır, həm də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, bu halda müavinətin hesablanmasında fərqli yanaşma tətbiq edilir.

Birinci mərhələdə - əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət yalnız əsas iş yeri üzrə hesablanır və işəgötürən tərəfindən ödənilir. Bu mərhələdə fərdi sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir nəzərə alınmır.

14 təqvim günündən artıq olan hissə üzrə isə hesablanma artıq 2.11-ci bəndə uyğun qaydada həyata keçirilir. Yəni, bu zaman ümumi qazanc məsələsi aktuallaşa bilər.

Misal 2: İşçi əsas iş yerində çalışır və eyni zamanda fərdi sahibkar kimi tərcümə xidməti göstərir. Əgər işçi əmək qabiliyyətini 10 gün müddətinə müvəqqəti itirərsə, bu halda müavinət yalnız əsas iş yeri üzrə işəgötürən tərəfindən hesablanacaq və ödəniləcək. Əgər işçi 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirərsə, ilk 14 gün üzrə müavinət əsas iş yeri üzrə ödəniləcək, 14 gündən artıq olan 6 gün üzrə isə hesablanma artıq Qaydanın 2.11-ci bəndinə uyğun olaraq həyata keçiriləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech