logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?

  • Bloq
  • 12-iyn-2026, 10:03
  • 9
Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?

Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?


Müəssisə Neftçala rayonunda 2020-ci ildən balıqyetişdirmə fəaliyyəti ilə məşğuldur və yetişdirdiyi balıqları həm dondurulmuş şəkildə, həm də hisə verməklə satışını həyata keçirir. Vergi Məcəlləsinə balıqyetişdirmə ilə bağlı dəyişikliklər edilənədək qeyd olunan məhsulların satışı vergilərə cəlb olunurdu. 2026-cı ildən etibarən balıqçılıq fəaliyyətinin kənd təsərrüfatına bərabər tutulduğuna görə müəssisəyə qeyd olunan fəaliyyətlər üzrə vergi güzəştləri aid ediləcəkmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı ilin yanvarın 1-dən Vergi Məcəlləsində kənd təsərrüfatı sahəsinə verilən güzəştlərin balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilməsi ilə bağlı dəyişikliklər edilib. Belə ki, emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları bu Məcəllənin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Buna əsasən, balıqyetişdirmə fəaliyyətini həyata keçirən müəssisə tərəfindən digər emal əməliyyatları istisna olmaqla, yalnız kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları kənd təsərrüfatı məhsullarına bərabər tutulur və müəssisənin bu fəaliyyətinə Vergi Məcəlləsində kənd təsərrüfatı fəaliyyətinə aid vergi güzəştləri tətbiq edilir. Müəssisə tərəfindən hisə verilməklə emal əməliyyatlarına məruz qalan balıq məhsulları kənd təsərrüfatı məhsullarına aid edilmir və bu məhsulların satışı Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada vergilərə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı maddəsi.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech