logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Aksizin əvəzləşdirilməsi və aksiz vergisi üzrə dövriyyənin dəqiqləşdirilməsi

  • Bloq
  • 24-yan-2022, 18:09
  • 212
Aksizin əvəzləşdirilməsi və aksiz vergisi üzrə dövriyyənin dəqiqləşdirilməsi


Vergi Məcəlləsinin 189-cu maddəsinə əsasən, aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.

Burada əsas məsələ alınmış mallardan digər aksizli malların istehsalı məqsədi üçün istifadə edilməsindən ibarətdir. Məsələn, istehsalçı aksizli malı alıb, olduğu qaydada təqdim etdiyi halda aksizi əvəzləşdirmək hüququ yaranmır. Digər məqam isə alınmış malların dəyəri “nağdsız” qaydada ödənilməsi və e-qaimə faktura təqdim edilməsi ilə bağlıdır.

Misal 1: Spirtli içki istehsalçısı olan “AA” şirkəti hesabat dövrü ərzində e-qaimə faktura əsasında içməli spirt almışdır. Alış zamanı malın dəyəri “nağdsız” qaydada ödənilmiş və aksizin məbləği 3.500 manat olmuşdur. Fərz edək ki, şirkət həmin hesabat dövründə aldığı içməli spirtdən 2.000 litr konyak istehsal edərək istehsal binalarının hüdudlarından kənara çıxarmışdır. Şirkətin hesabat dövrü üzrə büdcəyə ödəməli olduğu aksiz vergisini müəyyən edək.
Hesabat dövründə şirkətin istehsal binasının hüdudlarından kənara çıxartdığı mala görə “hesablanan aksiz”, alış zamanı isə “əvəzləşdirilən aksizi” formalaşır. Vergi Məcəlləsinin 190.3-cü maddəsinə əsasən, konyak və konyak materialları üzrə aksiz vergisinin dərəcəsi hər litrə 4 manat müəyyən edilmişdir.

Hesablanan aksiz - 2000 x4 = 8.000 manat
Əvəzləşdirilən aksiz – 3.500 manat

Büdcəyə ödənilən aksiz vergisi – 4.500 manat (80.00-3.500 ) olacaqdır.

Əgər şirkət malı alarkən dəyərini nağd qaydada ödəsəydi, o zaman aksizi əvəzləşdirmək hüququnu itirmiş olacaqdı. Digər bir hal isə aksizli malların istehsalçıları eyni zamanda məcburi ƏDV ödəyiciləri hesab edilirlər (Vergi Məcəlləsi, maddə 154 ). Bu nöqteyi-nəzərdən istehsalçı nağdsız ödəniş etməklə nəinki aksizi, eyni zamanda ƏDV məbləğini də əvəzləşdirmək hüququna malik olacaq.


Vergi Məcəlləsinə əlavə edilən maddələrdən biri də 186-1 – aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsidir. Bu maddənin əlavə edilməsini aksizli malların istehsalçılarının xeyrinə şərh etmək olar. Çünki artıq aksizli malların istehsalçıları “xarab olma”, “istifadə müddətinin bitməsi” və digər səbəblərdən geri qaytarılan mallara görə ödənilmiş aksiz vergisini malların qaytarıldığı hesabat dövründə azaltmaq hüququ əldə edirlər. Maddədə qeyd olunur ki, aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.

Məsələni aydınlaşdırmaq üçün misala nəzər salaq.

Misal 2: Spirtli içki istehsalçısı olan “AA” şirkəti hesabat ayında 4.000 litr konyak istehsal edərək istehsal binasının hüdudlarından kənara çıxarmışdır. Eyni hesabat dövründə əvvəlki dövrlərdə təqdim edilmiş konyakın 300 litri xarab olduğuna görə geri qaytarılmışdır. Büdcəyə ödənilməli olan aksiz vergisini müəyyən edək.

Hesabat dövründə şirkətin istehsal binasının hüdudlarından kənara çıxardığı mala görə “hesablanan aksiz”, geri qaytarılan mala görə isə “dəqiqləşdirilməli olan aksiz” yaranır. Yəni şirkət əvvəllər təqdim etdiyi 300 litr konyaka görə büdcəyə 1.200 (300 x 4) manat aksiz vergisi ödəmişdirsə, həmin mal geri qaytarılarkən ödənilən aksizin büdcədə qalmasının mənası qalmır. Çünki Vergi Məcəlləsinə əsasən, aksiz o halda hesablanır ki, mal istehsal binasından çıxsın və binaya geri qaytarılmasın. Deməli, mal binaya geri qayıdırsa, onun aksizi də büdcədən qayıtmalıdır. Bu halda hesabat dövrü üzrə hesablanan aksiz – 4.000 x 4 = 16.000 manat; dəqiqləşdirilməli olan aksiz – 300 x 4 = 1.200 manat olacaqdır.

Deməli, istehsalçı hesabat dövrünün aksiz vergisini ödəyərkən 1.200 manat aksizi dövriyyədə azaltmalı və büdcəyə 14.800 (16.000-1.200 ) manat ödəməlidir.


Dəyişikliyə əsasən, Məcəlləyə əlavə edilən digər bəndlər aşağıdakı kimidir:

186-1.2. Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciət edilmə tarixindən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.

186-1.3. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə həyata keçirilir və vergi hesabatı təqdim edilərkən tərtib edilən akt vergi orqanına təqdim edilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə hesablanması həyata keçirilir.


Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, əvəzləşdirilmiş aksiz büdəcəyə necə hesablanacaq?

Misal 3: Spirtli içki istehsalçısı olan “AA” şirkəti nağdsız ödəniş etməklə e-qaimə faktura əsasında aldığı içməli spirtə görə 4.000 manat aksiz ödəmiş və həmin spirtdən 2.500 litr konyak istehsal edərək istehsal binasının hüdudlarından kənara çıxarmışdır. Hesabat dövründə ödənilmiş 4.000 manat aksiz əvəzləşdirilmişdir. Fərz edək ki, növbəti hesabat dövründə konyakın bir hissəsi xarab olduğundan geri qaytarılmış və geri qaytarılan konyakın həcminə uyğun olaraq ona sərf edilən içməli spirtə görə əvəzləşdirilən aksizin məbləği 1.200 manat olmuşdur. Əgər istehsalçı həmin malı məhv edərsə, o halda əvəzləşdirilən aksiz məhv etmənin həyata keçirildiyi hesabat dövründə büdcəyə hesablanmalıdır. Başqa sözlə, istehsalçı 1.200 manatlıq aksizi büdcəyə geri qaytarmalıdır.

Vergi Məcəlləsinə əlavə edilən maddələrdən biri də 16.1.4-2-dir. Həmin maddəyə əsasən, vergi ödəyicilərinin vəzifələrinə aiddir:

- mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək;

- istehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı olaraq təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək.

Baxdığmız misalda istehsal edilən konyaka sərf edilən içməli spirt bu maddənin əhatə dairəsinə düşür.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech