Reklam fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə vergi güzəşti tətbiq edilir

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyətlərdən təqvim ili üzrə əldə etdikləri gəlir 45 000 manata qədər olduqda, bu gəlirin 75 faizi gəlir vergisindən azad edilir.
Lakin vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, həmin əməliyyatlardan əldə olunan gəlirlərə bu güzəşt tətbiq edilmir.
Eyni zamanda, fiziki şəxs güzəşt nəzərdə tutulan fəaliyyətlə yanaşı digər fəaliyyət növləri ilə də məşğul olarsa, güzəştdən yalnız o halda yararlana bilər ki, güzəşt tətbiq olunan fəaliyyət üzrə əldə edilən gəlirin ümumi illik gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Qeyd edək ki, gəlir vergisi üzrə bəyannamə hesabat ilindən sonrakı ilin 31 mart tarixindən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
Bundan əlavə, illik gəliri 45 000 manatı keçməyən və fəaliyyəti Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində göstərilən reklam xidməti hesab edilən fiziki şəxslərə "3 muzdlu işçi" şərti tətbiq edilmir və onlar 75 faizlik gəlir vergisi güzəştindən istifadə edə bilərlər.
Əsas: Vergi Məcəlləsinin 102.1.30-1 və 149-cu maddələri.

en
ru
tr