DTA-03 razılığı alındıqdan sonra sonrakı ödənişlər üçün yenidən müraciət etmək lazımdırmı?
- Tarix
- Oxunma 17
DTA-03 razılığı alındıqdan sonra sonrakı ödənişlər üçün yenidən müraciət etmək lazımdırmı?

Dövlət Vergi Xidməti bu məsələyə aydınlıq gətirərək bildirib ki, DTA-03 ərizəsi əsasında verilən razılıq məktubu yalnız müraciətdə göstərilən invoys məbləği və ödəniş dövrü üçün qüvvədə olur. Bu səbəbdən, razılıqda təsdiq edilmiş məbləğdən artıq ödəniş həyata keçiriləcəyi və ya yeni ödəniş dövrü yarandığı halda, həmin əlavə məbləğ və ya dövr üzrə yenidən DTA-03 ərizəsinin təqdim edilməsi tələb olunur.
Bununla yanaşı, müqavilə üzrə il ərzində həyata keçirilməsi planlaşdırılan ödənişlərin dəqiq məbləği əvvəlcədən məlum olmadıqda, qeyri-rezident tərəfindən təqdim edilmiş rezidentlik sertifikatı əsasında təxmini ümumi məbləğ göstərilməklə DTA-03 ərizəsi təqdim edilə bilər. Bu zaman ödəniş dövrü cari ilin və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda növbəti ilin sonunadək müəyyən edilə bilər.
Qurum həmçinin qeyd edib ki, sonradan faktiki təqdim olunan invoyslarda göstərilən məbləğ təsdiq edilmiş razılıq məktubunda əks olunan məbləği və ya ödəniş dövrünü aşarsa, həmin əlavə hissə üzrə yeni DTA-03 müraciətinin edilməsi zəruridir. Bu yanaşma beynəlxalq ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərin düzgün tətbiqini təmin etmək məqsədi daşıyır.

en
ru
tr