YouTube gəlirlərinə 75% vergi güzəşti: Kimlər yararlana bilər?

YouTube platformasında fəaliyyət göstərərək Google AdSense vasitəsilə gəlir əldə edən şəxslərin vergi öhdəlikləri ilə bağlı mühüm açıqlama verilib.
Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, müəyyən edilmiş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin təqvim ili ərzində əldə etdikləri gəlirlər 45 000 manata qədər olduğu halda, həmin gəlirin 75 faizi gəlir vergisindən azad edilə bilər.
Əgər YouTube kanalı vasitəsilə əldə olunan gəlirlər müvafiq reklam xidməti fəaliyyəti kimi qiymətləndirilirsə və digər qanuni şərtlər də təmin olunursa, 75%-lik vergi güzəştindən yararlanmaq mümkündür. Bu halda illik gəlir 45 000 manatı keçmədikdə 3 muzdlu işçinin olması şərti tətbiq edilmir.
Lakin YouTube-dan əldə olunan gəlirlər yalnız “YouTube” videohostinqi tərəfindən ödənildiyi halda, fəaliyyətin sadələşdirilmiş vergi rejiminə uyğunluğu məsələsi fərqli qiymətləndirilir. Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, müəyyən hallarda hüquqi şəxslərə xidmət göstərən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.
Bu səbəbdən, fəaliyyətin xarakterindən və gəlirin mənbəyindən asılı olaraq, YouTube-dan gəlir əldə edən şəxsin gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməsi tələb oluna bilər. Fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi qeydiyyata alınmaq və vergi rejimini düzgün müəyyənləşdirmək vacibdir.

en
ru
tr