logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi borcunun ödənilməsinə möhlət verilməsi

  • Bloq
  • 28-yan-2022, 22:07
  • 45
Vergi borcunun ödənilməsinə möhlət verilməsi


Dövlət Vergi Xidmətindən bildirilir ki, vergi borcunun məbləğindən və sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyasından asılı olaraq borcun ödənilməsinə bu hallarda möhlət veriləcəkdir:

- mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2.000 manatdan 20.000 manatadək;

- orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 min manatdan 100.000 manatadək;

- iri sahibkarlıq subyektinin borcu 100.000 manatdan 300.000 manatadək olduqda.

Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq aşağıdakı qaydada uzadıla bilər:

• borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi;

• cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi;

• vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi. Bu zaman ödəniş qrafiki vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış müvafiq aktla rəsmiləşdirilir.


Möhlət verilən dövr ərzində vergi ödəyicisi tərəfindən möhlət verilmiş borcun 75 faizi ödənildiyi halda vergi ödəyicisinin müraciəti əsasında borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi üzrə müəyyən edilən müddət 1 ildən, vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi üzrə müəyyən edilən müddət isə 2 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.

Vergi borcunun ödənilməsinə möhlət verilməsi ilə əlaqədar müraciətin icrasından aşağıdakı hallarda imtina edilə bilər:

- vergi öhdəliyinin məbləği vergi ödəyicisi tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirildikdə;

- vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq yuxarıda qeyd edilmiş məbləğlərin aşağı həddindən az olduqda;

- yalnız mövsümi xarakterli malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən və dövlət sifarişinin yerinə yetirilməsi ilə əlaqədar sifarişçinin borclu olması (müvafiq arayışla təsdiq edilməklə) ilə əlaqədar arayışı təqdim edən vergi ödəyicilərinin vergi orqanında uçotda olduğu müddət 3 ildən az olduqda.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech