logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

18 yaşına çatmayan işçilərin bilmədiyiniz hansı hüquqları var?

  • Bloq
  • 14-fev-2022, 12:05
  • 152
18 yaşına çatmayan işçilərin bilmədiyiniz hansı hüquqları var?
Mövzuya keçməzdən əvvəl bildirmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyası və Əmək Məcəlləsinə əsasən 15 yaşı olan hər bir fərd əmək qabiliyyətli hesab olunur və onların əmək fəaliyyətinə cəlb olunmasına icazə verilir.

Bəs 15 yaşına çatmayanlar?

İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000-1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3000-5000 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi qanunvericilik bu hissədə çox dəqiqdir.

Mövzu ilə əlaqədar ətraflı şəkildə 18 yaşı tamam olmayan işçilərin bilinməyən və ya az bilinən, lakin mütləq bilinməsi gərəkən hüquqlarını izah etməyə çalışacağıq.

Əvvəla bildirək ki, əksər müəssisələrin əmək müqaviləsində başlıca qeyd etdiyi sınaq müddəti şərti 18 yaşına çatmayan işçilərə aid edilmir.

Həmçinin yaşı 18-dən az olan işçilər işəgötürən tərəfindən attestasiya da oluna bilməzlər.
18 yaşına çatmayan işçilərin digər başlıca hüquqları aşağıdakı kimidir:

16 yaşınadək işçilər üçün həftəlik 24 saat, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan çox olmayaraq iş saatı tətbiq edilməlidir.
Bu iş saatlarını nəzərə almaqla 18 yaşına çatmayan işçilər həm əsas, həm də əlavə iş yerlərində çalışa bilər və bu iş yerlərində iş saatının cəmi yuxarıda göstərilən müddətləri ötməməlidir.
Yaşı 16-dan az olan işçilərə 1 iş ili üzrə 42, 16 yaşdan 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir.
Bu kateqoriya işçilərin azyaşlı olması və ya peşə səviyyəsinin aşağı olması səbəbinə görə işə qəbulundan imtina qadağandır.
Əmək şəraiti ağır, zərərli işlər, yeraltı işlərdə, şaxta, tunellər, spirtli içki satan və ya daşınan, saxlanan, əxlaqi kamilliyə zərərli iş yerlərində, bar, kazino, gecə klublarında, həmçinin icbari ümumi orta təhsil almaq imkanından məhrum edən iş yerlərində çalışmaq bu kateqoriya işçilər üçün qadağandır.
yaşı 18-dən az olan işçilər mütləq tibbi müayinədən keçməklə işə qəbul olunur və 18 yaşı tamam olanadək hər il işəgötürənin hesabına tibbi müayinədən keçməlidir.
6 yaşdan 18 yaşınadək kişi işçilər ümumi işlərlə yanaşı 15 kq-dan artıq yükü əl ilə daşımağa, 10 kq-dan artıq yükü 1.5 metr hündürlüyə qaldırmağa, xanım işçilər isə 10 kq-dan artıq yükü əl ilə daşımağa, 5 kq-dan artıq yükü 1.5 metr hündürlüyə qaldırmağa cəlb oluna bilməz.
16 yaşdan 18 yaşınadək işçilər ümumiyyətlə bütün gün 10 kq-dan artıq yükün daşıma və qaldırılması işinə cəlb oluna bilməz.
yaşı 16-dan az olan xanım işçilər bütün iş günü yükün qaldırılma və daşınması işinə cəlb oluna bilməz.
yaşı 18-dən az olan işçi axşam saat 20:00-dan növbəti gün səhər 07:00-dək olan işlərə, iş vaxtından artıq işlərə, bayram və istirahət günü işləməyə cəlb edilə, həmçinin məzuniyyətə göndərilə bilməz.
Yekunda isə qeyd edək ki, yaşı 18-dən az olan işçilər qısaldılmış iş rejimində çalışsa da, əmək haqqı yaşlı işçilərlə gördükləri işə uyğun dərəcədə olmalı və onların əmək müqaviləsinə peşəkarlığına və ya ixtisasının kifayət dərəcədə olmadığına görə işəgötürən tərəfindən xitam verilə bilməz.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech