logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

  • Bloq
  • 21-fev-2022, 14:15
  • 79
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Cari ildən Vergi Məcəlləsində maliyyə sanksiyaları ilə bağlı müddəalarda əlavə və dəyişiklik edilmişdir. 2022-ci ildən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əlavə edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 16.1.6-cı maddəsində (vergi orqanına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcıda olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron daşıyıcıda olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək) nəzərdə tutulan halda, vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə görə, eləcə də 16.1.4-2-ci maddəsində (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilən tibbi sığorta məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək. Təqdim edilən məlumatda hər hansı dəyişiklik olarsa, həmin məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək) göstərilən məlumat formasının müəyyən edilmiş vaxtda təqdim edlməməsinə və ya təhrif olunmuş formada təqdim edilməsinə görə 1.000 manat məbləğində maliyyə sanskiyası tətbiq edilir.

Misal 1: 2022-ci ildə Dövlət Vergi Xidməti tərəfindən orta sahibkarlıq subyektinə maliyyə hesabatının təqdim olunması ilə bağlı AVİS-dən kənar məktub daxil olmuş, lakin maliyyə hesabatı həmin vaxtda təqdim edilməmişdir. Bu zaman 1.000 manat maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Çörək zavodu (kiçik sahibkarlıq subyekti) məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumatı elektron formada vergi orqanına təqdim etməmişdir. Bu hala görə maliyyə sanksiyası tətbiq edilməyəcək.

Misal 3:
Kameral vergi yoxlaması zamanı vergi orqanı vergi ödəyicisindən mənfəət bəyannaməsi üzrə digər xərclərə aid məbləğə dair sənəd tələb etmiş, lakin həmin sənəd vergi orqanına tələb olunan vaxtda təqdim edilməmişdir. Bu zaman da maliyyə sanksiyası tətbiq edilməyəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech