logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Beynəlxalq daşıma məqsədləri üçün icarəyə götürülən vaqonlara görə vergi öhdəliyi

  • Bloq
  • 04-mar-2022, 12:10
  • 145
Beynəlxalq daşıma məqsədləri üçün icarəyə götürülən vaqonlara görə vergi öhdəliyi

Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin beynəlxalq daşıma məqsədləri üçün rezident müəssisəyə icarəyə verdiyi vaqonu rezident müəssisə qeyri-rezidentə və yaxud rezidentə təqdim edir. Təqdim edən rezident müəssisə ƏDV ödəyicisidir. Bu halın daha aydın anlaşılması üçün nümunə kimi qeyd edək. “A” MMC Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident “BB” şirkətindən beynəlxalq daşıma məqsədləri üçün vaqonlar icarə götürür və icarəyə götürdüyü vaqonları rezident və qeyri-rezidentə yenidən icarəyə verir (bu, dəmiryol termini ilə icarə yox, “vaqon ayrılması” kimi dəyərləndirilir).

Sual 1. Qeyri-rezidentdən vaqon icarəyə götürülərkən ƏDV bəyannaməsinin 306-cı sətrində ay ərzində göstərilən xidmət və buna uyğun olaraq ödənişlər qeyd olunur. Bu fəaliyyət üçün ödəmə mənbəyində vergi bəyannaməsi verilərkən Azərbaycan Respublikasında qeydiyatda olmayan qeyri-rezidentə ödənilən vəsait hansı xanada qeyd olunmalıdır?

Sual 2. Bu fəaliyyət üzrə vaqon icarəsi rezident müəssisəyə təqdim olunurkən 18% ƏDV hesablanaraq elektron qaimə-faktura göndərilir və ƏDV bəyannaməsinin əlavə 3 hissəsində qeyd olunur. Bu təqdimetmə yalnız qeyri-rezidentə olduğu zaman göstərilən xidmət və bizə ödənilən məbləğ qeyri-rezidentin yerləşmə yerinin öz ölkəsi olduğunu (Azərbaycanda daimi nümayəndəliyi olmadığını) nəzərə alaraq ƏDV bəyannaməsinin əlavə 4 hissəsində qeyd edilməlidirmi?


Vergi Məcəlləsinin 13.2.16.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında istifadə edilən daşınar əmlakın icarəyə verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilir və bu gəlir Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentə ödənilən icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.


Qeyd olunanlara əsasən:

Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına görə, nəqliyyat vasitələrinin icarəsi üçün qeyri-rezidentə ödənilən icarə haqları 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur və müvafiq hesabat dövrü üzrə təqdim edilən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.2-ci sətrində əks etdirilir.

Bundan əlavə, xidmətləri (işləri) təqdim edən qeyri-rezidentin rezidenti olduğu dövlətlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş mövcud olduğu halda qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin, o cümlədən xidmətlərin göstərilməsindən gəlirlərinin və royalti gəlirlərinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərlə tənzimlənir.

Beynəlxalq müqavilələrin tətbiqi məqsədilə qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 forması) təqdim etməklə həmin azadolmanın və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

Dövlət Vergi Xidmətindən ikinci sualla bağlı bildirilib ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla) işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi yerdə həyata keçirilmiş sayılır.

Müəssisə nəqliyyat müəssisəsi olduğu halda qeyri-rezidentlərə nəqliyyat vasitələrinin icarəyə verilməsi üzrə xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168.1.6-cı maddəsinin müddəalarına əsasən işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer üzrə Azərbaycan Respublikasının ərazisi sayılır və həmin əməliyyatlar ümumi qaydada 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunur.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech