logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Könüllü bəyanetmə nədir?

  • Bloq
  • 04-mar-2022, 12:27
  • 213

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlər Baş idarəsinin rəisi Elçin Ağakişiyev vergi öhdəlikləri ilə bağlı sualları cavablandırıb.

Könüllü bəyanetmə nədir?

Vergi ödəyicisi tərəfindən öz öhdəliklərinin bəyan edilməsi könüllü bəyanetmə anlayışına gətirib çıxarır. Lakin rəqəmlərə baxdıqda görürük ki, konkret olaraq 2021-ci ildə 2020-ci ilə nisbətən bəyan edilən dövriyyələr 20 faizədək artıb. Milli Gəlirlər Baş İdarəsinin göstəricilərinə görə:

  • dövriyyə 2020-ci il ilə müqayisədə 2021-ci ildə 17,68 faiz artıb;vergi hesablamaları müvafiq dövrlə müqayisədə 24,06 faiz artıb;Vergi hesablamalarının dövriyyədə xüsusi çəkisi 7,92 faizdən 8,35 faizə qalxıb;Vergi yoxlamalarının (kameral və səyyar vergi yoxlamaları) ümumi vergi hesablamalarında payı 2020-ci ildə 8,67 faizdən 2021-ci ildə 6,62 faizə düşüb, yəni 2,05 faiz azalıb. Bu isə könüllü bəyanetmə dərəcəsinin artmasının nəticəsidir.


Milli Gəlirlər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyicisi tərəfindən bəyan olunmuş dövriyyələrdə artım var ki, bu da könüllü bəyanetmənin əyani sübutudur. İkinci meyar vergi ödəyicisinin hesabladığı və ödədiyi vergilərin ümumi dövriyyələrinin içində xüsusi çəkisidir ki, 2021-ci ildə 2020-ci ilə nisbətən bu rəqəmlər həm hesablamalar, həm də ödənişlərdə müvafiq qaydada artıb. Üçüncü - könüllü bəyanetməni əks etdirən məqam çox vacibdir. Deməli, nəzarət və yoxlama zamanı hesablanan vergilər (burda da söhbət kameral və səyyar vergi yoxlamaları zamanı aparılan hesablamalardan gedir), bu hesablamaların ümumi hesablamaların içində xüsusi çəkisinin azalması məsələsidir. Bu çox vacib meyardır.

Növbəti meyar. Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən, o cümlədən də Milli Gəlirlər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyicilərində həyata keçirilən səyyar vergi yoxlamalarının ümumi sayının azalmasına və bu səyyar vergi yoxlamasının bir səyyar vergi yoxlamasına düşən hesablamanın mütləq rəqəminin artmasına baxmayaraq, səyyar vergi yoxlamalarının xüsusi çəkisi könüllü bəyan edilmiş məbləğlərin içində azalır. Bu da könüllü bəyanetmənin daha bir sübutu deməkdir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech