logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Müəssisənin nəqliyyat vasitələrinin satışından əldə etdiyi vəsaitin vergiyə cəlb edilməsi

  • Bloq
  • 09-mar-2022, 11:01
  • 149


Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə mülkiyyətində olan istismar müddətini tam başa vurmuş, tam aşınmış nəqliyyat vasitələrini yenidən qiymətləndirərək satarkən müəyyən suallar yaranır:

1. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətinə uyğun satışını həyata keçirir. Satışdan daxil olan vəsait tam həcmdə müəssisənin sərəncamında qala bilərmi?

2. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə daxil olmuş vəsaitdən aidiyyəti üzrə yaranmış vergi öhdəlikləri (ƏDV, mənfəət vergisi) yerinə yetirildikdən sonra qalan vəsait müəssisənin vəsaiti hesab olunurmu?

3. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisənin istismar müddətini tam başa vurmuş nəqliyyat vəsitələrinin satışından daxil olan vəsait “Dövlət əmlakının satışından daxilolmalar” təsnifatı üzrə büdcəyə bütövlükdə daxil edilməlidirmi?


Vergi Məcəlləsinin 114.7-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. Buna əsasən, müəssisə tərəfindən istismar müddəti başa çatmış və tam amortizasiya olunmuş nəqliyyat vasitələrinin satışından əldə olunan gəlir ümumi qaydada mənfəət vergisinə cəlb edilir. Eyni zamanda, ƏDV ödəyicisi olan müəssisə tərəfindən nəqliyyat vasitələrinin təqdim edilməsi ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyatdır və 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Təsisçisi dövlət müəssisəsi olan müəssisə tərəfindən nəqliyyat vəsitələrinin satışdan daxil olan vəsaitin müvafiq vergi öhdəlikləri yerinə yetirildikdən sonra təyinatı barədə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech