Təsisçinin vergi öhdəliyi barədə
Təsisçinin vergi öhdəliyi barədə
Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman Vergi Məcəlləsinin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Əsaslandırma: Vergi Məcəlləsinin 122.4-cü maddəsi