Hüquqi şəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?
Meyvə-tərəvəz istehsalı ilə məşğul olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxslə müqavilə bağlayan zaman hüquqişəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi ƏDV-dən azaddır. Buna əsasən, ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısına göstərilən aqrotexniki xidmətlərin dəyərinə ƏDV tətbiq edilmir.