logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Yeni nəsil “Asan İmza” şəxsi kabineti istifadəyə verilib

  • Bloq
  • 12-apr-2022, 15:17
  • 140


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aparılan rəqəmsal transformasiya və vergi xidmətlərinin elektronlaşdırılması prosesinin davamı olaraq 2022-ci ilin mart ayından etibarən e-taxes.gov.az portalında “Asan İmza” şəxsi kabineti istifadəyə verilib. Məqsəd rəqəmsal transformasiya ilə bağlı hökumətin təşəbbüslərini, istifadəçilərin “Asan İmza” xidmətinə artan marağını nəzərə almaq, bu xidmətdən istifadəçilər üçün məsafədən və rahat istifadəni təmin edilməkdir. Platforma şəffaflıq, elektron mühafizə (konfidensiallıq daxil olmaqla) və e-təhlükəsizliyi yaxşılaşdırmaqla effektli idarəçiliyi təmin etmiş olur.

Beynəlxalq standartlara uyğun yaradılmış "Asan İmza" şəxsi kabineti istifadəçilərin vaxtına qənaət etməyə və əməliyyatları qısa müddətdə yerinə yetirməyə yönəldilmiş virtual köməkçidir. Müasir rəqəmsal köməkçi bütün qurğularda - həm kompüterlərdə, həm də planşet və smartfonlarda əlçatandır.

Şəxsi kabinetdə "Asan İmza" istifadəçisinə aşağıdakı imkanlar təqdim edilir:

istifadəçiyə məxsus olan bütün "Asan İmza" sertifikatlarının etibarlılıq müddəti barədə ətraflı məlumat almaq;
əlavə “İş” və ya “Dövlət” tipli sertifikatlar üçün onlayn ərizə ilə müraciət etmək;
qüvvədə olan sertifikatların etibarlılıq müddətini artırmaq;
istifadəçilər tərəfindən İstifadəçi ID-nin, PİN kodlarını dəyişdirmək;
istifadəçi tərəfindən "Asan İmza" ilə bütün imzalanmış tranzaksiyaları (PIN 2) monitorinq etmək.
“Asan İmza” şəxsi kabinetinin əsas funksiyalarından biri də yalnız müəssisə və təşkilat rəhbərləri üçün nəzərdə tutulmuş “icazələr”in idarə edilməsidir. Bu funksiya vasitəsilə işçilərin “Asan İmza” ilə elektron xidmətlərə əlçatanlığının idarə olunması barədə qərarlar verilə bilər.

Bundan başqa, artıq istifadəçilərin "Asan İmza" sertifikatlarının etibarlılıq müddətlərini yadda saxlamağa ehtiyac yoxdur, sistem əvvəlcədən bildirişləri proaktiv formada göndərir. Şəxsi kabinetdə virtual köməkçi vasitəsilə qüvvədə olan “Vətəndaş” sertifikatı ilə “İş” və ya “Dövlət” sertifikatlarının əldə edilməsi üçün müraciət etmək də mümkündür. Həmçinin istifadəçilər “Asan İmza” İstifadəçi ID-sini əlavə proqram təminatı istifadə etmədən şəxsi kabinetdə dəyişdirə bilərlər. İnnovativ xidmətlərin siyahısı daim yenilənir.

Qeyd edək ki, mobil rəqəmsal imza üçün bu qədər fərqli innovativ xidmətlərin birləşdiyi belə bir şəxsi kabinet unikaldır və indiyə kimi heç yerdə istifadə edilməyib. “Asan İmza” texnologiyası gücləndirilmiş elektron rəqəmsal imzanın dünya standartlarına uyğun yaradılıb və NIST (Milli Standartlar və Texnologiyalar İnstitutu, ABŞ), Avropa İttifaqı tənzimləyicisi - eIDAS kimi dünyanın aparıcı təşkilatları tərəfindən tanınıb və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən ən innovativ təcrübə kimi təqdim olunub.

“Asan İmza” şəxsi kabineti haqqında daha ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə etmək olar:

https://www.taxes.gov.az/uploads/2022/asanimza/1.pdf

https://www.taxes.gov.az/uploads/2022/asanimza/2.pdf

https://www.taxes.gov.az/uploads/2022/asanimza/3.pdf

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech