logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əcnəbilərin şirkət qeydiyyatı

  • Bloq
  • 15-apr-2022, 11:26
  • 988

Əcnəbilərin şirkət qeydiyyatı

Azərbaycanda əcnəbilər üçün müəssisələrin qeydiyyatı

Azərbaycanın vergi xidməti tərəfindən aparılan islahatlar beynəlxalq reytinqlərdə yüksək nəticələr əldə etmək üçün zəmin yaradır. Ümumdünya Bankının dünyanın 190 ölkəsində biznesin həyata keçirilməsinin asanlığı üzrə öz reytinqini təqdim edən “Doing Business 2019” adlı hesabatında Azərbaycan Respublikası mövqeyini irəlilədərək, 25-ci yerdə qərarlaşmışdır.

“Biznesin aparılması” – “Biznesin başlanması” və “Vergilərin ödənişi” adlı iki göstərici bilavasitə vergi qoyuluşu məsələləri ilə əlaqədardır. Azərbaycan hər iki göstərici üzrə mövqelərini olduqca yaxşılaşdırmış, ötən ilə ərzində “Biznesin başlanması” göstəricisi üzrə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənişi” göstəricisi üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlmişdir.

Azərbaycanda hüquqi şəxsin qeydiyyatı “vahid pəncərə” prinsipinə əsasən həyata keçirilir, bunun üçün vergi xidmətinə təqdim olunan ərizəyə baxılma müddəti isə cəmi iki iş günü təşkil edir. Şirkət Azərbaycanda qeydiyyata alındıqda, onun vergi xidmətində qeydiyyata alınması da eyni anda həyata keçirilir. Qeydiyyatdan keçəndən sonra fəaliyyətə başlamaq üçün bəzi hərəkətlər yerinə yetirilməlidir: büdcədən kənar fondlarda və statistik uçot orqanlarında uçota aldırmaq, hesablaşma hesabı açmaq.

Əcnəbilər üçün şirkətin qeydiyyat proseduru demək olar ki, Azərbaycan vətəndaşları üçün olduğu kimidir. Fərq yalnız təqdim olunan sənədlər toplusundadır.

Şirkətin təsis edilməsi zamanı təsisçinin AR ərazisində yaşaması məcburi şərt deyil, təsisçinin yaşamaq üçün icazə vəsiqəsi və ya yaşayış üçün icazə sənədinin olmsı tələb olunmur. Xaricdə yaşayaraq da biznesə sahib olmaq mümkündür.

Xarici vətəndaş işləmək üçün icazə alana qədər də MMC-nin direktoru ola bilər, qeydiyyatdan sonra o, təsisçi kimi Azərbaycanda müvəqqəti yaşayış yeri almaq üçün miqrasiya xidmətinə müraciət etmək hüququna malikdir.

Xarici vətəndaş Azərbaycanda yaşamadan MMC direktoru ola bilər.

Azərbaycanda əcnəbilər üçün müəssisələrin qeydiyyatı ilə bağlı hansı sənədlər tələb olunur?

Şirkətin adı;
Təşkilati-hüquqi forma;
Təsisçilərin və direktorun sənədlərinin surəti (şəxsiyyət vəsiqəsi və pasport);
Hesab açmaq üçün bank (filial);
İştirakçıların tərkibinə dair məlumat (nizamnamə kapitalında payı);
Direktor (icraçı direktor) haqqında məlumat;
Hüquqi ünvan;
Notarial qaydada təsdiq olunmuş etibarnamə, apostil təsdiqi ilə.


Təsisçi xarici dövlətin hüquqi şəxsi olduqda Azərbaycanda əcnəbilər üçün müəssisələrin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?

Dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (dövlət reyestrindən çıxarış) və təsisçi olan hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surətləri;
Təsisçi(lər) və ya müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmuş nizamnamənin 2 nüsxəsi;
Şirkətin yaradılması, onun nizamnaməsinin təsdiq olunması və idarəetmə orqanlarının formalaşması haqqında qərar;
Təsisçi xarici dövlətin hüquqi şəxsi olduqda, onun xarici dövlətdə qeydiyyatda olmasını təsdiq edən sənədlər – qeydiyyat haqqında şəhadətnamənin (reyestrdən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti və digər sənədlər (xarici dövlətin rəsmi sənədlərinin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa konvensiyasına uyğun olaraq leqallaşdırılmış formada).


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq
  • Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    29-apr-2026 | Bloq
  • Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    28-apr-2026 | Bloq
  • Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    28-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    27-apr-2026 | Bloq
  • Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı?
    Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı?
    27-apr-2026 | Bloq
  • 2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    24-apr-2026 | Bloq
  • VÖEN-i necə dayandırmaq olar?
    VÖEN-i necə dayandırmaq olar?
    24-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech