logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

“YAŞAT” fonduna ödənilən ödənişlər gəlirdən çıxılan xərclərə aid ediləcək?

  • Bloq
  • 21-apr-2022, 15:28
  • 81
“YAŞAT” fonduna ödənilən ödənişlər gəlirdən çıxılan xərclərə aid ediləcək?
Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində həmçinin qeyd edilir ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir

Maddədən göründüyü kimi, yeni dəyişikliyə əsasən, vergi ödəyicisinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə də 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulub.

İndi isə maddə ilə bağlı 3 vacib məqama diqqət yetirək.

Birinci məqam. Vəsaitlər Prezident tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara ödənilməlidir. Misal üçün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) və Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi.

Qeyri-hökümət təşkilatları və fiziki şəxslərin şəhid ailələri və qazilərə dəstək məqsədilə yaradılan fondlara ödədiyi məbləğlər Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinin əhatə dairəsinə aid edilmir.

İkinci məqam. Fondlara ödənilən vəsaitlər vergi ödəyicisinin mənfəəti hesabına həyata keçirilməlidir. Vergi ödəyicisinin ödədiyi məbləğ birbaşa gəlirdən çıxılan xərclərə aid edilmir, müəssisənin mənfəəti olduğu halda müəyyən hissə qədər mənfəət vergisindən azad edilir.

Fikrimizi misallarla izah edək.

Mİsal 1. Vergi ödəyicisi 2021-ci ildə “YAŞAT” fonduna 5 000 manat ödəniş edib. Amma 2021-ci vergi ilini zərərlə baş vurub. Vergi ödəyicisi zərərlə işlədiyi üçün fonda ödədiyi 5 000 manat onun vergi öhdəliyinə hər hansı təsir etmir.

Mİsal 2. Vergi ödəyicisi 2021-ci ili 50 000 manat mənfəətlə baş vurub və “Qarabağ Dirçəliş Fondu”na 7 000 manat nağdsız qaydada ianə edib. Bu məbləğin Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinə əsasən, mənfəətin 10 faizi qədər, yəni 5 000 manatı mənfəət vergisindən azad ediləcək. Vergi ödəyicisinin mənfəət vergisi 45 000 manat (50 000 manat (mənfəət) – 5 000 manat (“Qarabağ Dirçəliş Fondu”na ödənilən və mənfəətin 10 faizlik hissəsini təşkil edən məbləğ) olacaq. Vergi ödəyicisi 2 000 manatlıq fərqi artıq bölüşdürülməmiş mənfəətdə nəzərə alacaq.

Üçüncü məqam. Vergi Məcəlləsində dəyişiklik 1 yanvar 2022-ci il tarixdən qüvvədə olsa da, fondlara ödənilən məbləğlər 2021-ci ilin mənfəət vergisində nəzərə alınacaq. Çünki Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində qeyd edilir ki, mənfəət vergisindən azadolma ilə bağlı tələblər 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə qüvvədədir. Sonda bir məsələni qeyd edək ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə azadolma yalnız nağdsız qaydada həyata keçilən ödənişlərə şamil edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech