logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği

  • Bloq
  • 28-apr-2022, 17:16
  • 136

Vergi ödəyicilərində sual yaradan məsələlərdən biri də amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarıdır. Mövzunu iqtisadçı ekspert Cavid Vəlizadə şərh edib.

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

maşınlar və avadanlıq – 20 faizədək;
yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;
torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 faizədək;
nəqliyyat vasitələri - 25 faizədək;
iş heyvanları - 20 faizədək;
digər əsas vəsaitlər - 20 faizədək.
Göründüyü kimi, müəyyən olunmuş faiz normalarına qədər amortizasiya edilə bilər. Bəs müəssisə göstərilən faiz normalarından az istifadə etsə, növbəti illərdə bunu nəzərə alacaqmı?

Vergi Məcəlləsinin 114.4-cü maddəsində göstərilir ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Misal: Müəssisənin nəqliyyat vasitələrinin qalıq dəyəri 800.000 manat təşkil edib. Müəssisə Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, 25 faizədək amortizasiya edə bilər, lakin 20 faiz amortizasiya edib.

25% amortizasiya norması ilə - 800.000 x 25% = 200.000 manat
20% amortizasiya norması ilə - 800.000 x 20%= 160.000 manat
Fərq - 200.000 -160.000= 40.000 manat

Qeyd olunan 40.000 manat məbləğ mənfəət vergisi bəyannaməsinin 1249-cu sətrində qeyd edilməlidir.

Növbəti ildə müəssisə həmin nəqliyyat vasitələrinə 25 faiz amortizasiya norması tətbiq edir və keçən ildə növbəti illərə saxladığı amortizasiya xərcini nəzərə alır.

Qalıq dəyəri – 800.000 – 160.000 = 640.000 manat.
Amortizasiya xərci – 640.000 x 25%+ 40.000 =200.000 manat.

Qeyd edək ki, Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, əvvəlki illərdə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərib növbəti illərdə mənfəət və gəlir vergisi ödəyicisi olan şəxslər, əvvəlki illərdə (sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrlərdə) aşağı norma tətbiq edibsə, mənfəət və gəlir vergisi ödəyicisi olduğu illərdə amortizasiyadan yaranmış kompensasiya məbləği nəzərə alınmır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq
  • İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    27-fev-2026 | Bloq
  • Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    26-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech