logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi bəyannamələrinin düzgün tərtib olunmamasının yaratdığı problemlər

  • Bloq
  • 04-may-2022, 21:11
  • 116
Vergi bəyannamələrinin düzgün tərtib olunmamasının yaratdığı problemlər


Vergi bəyannamələrinin yanlış göndərilməsi, yaxud göndərilməməsi bəzən mühasiblər, eləcə də müəssisə üçün çətin və çıxılmaz hallar yaradır. Mövzunu mühasibat mütəxəssisi Murad Almasov şərh edib.

Mühasiblər bəyannamələri qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində vergi orqanına təqdim etməli, göndərilmiş vergi bəyannamələri üzrə gələn uyğunsuzluq məktublarına isə aydın və izahlı cavablar verməlidirlər.

Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, vergi ödəyicisinin göndərdiyi bəyannamələr üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilir. Yaranmış uyğunsuzluqlarla bağlı vergi orqanının vergi ödəyicisindən əlavə sənəd, məlumat və izahat istəmək hüququ vardır. Lakin bəzi hallarda vergi orqanından gələn məktublar cavablandırılmır. Bu isə nəticədə baş verə biləcək kameral hesablamalardan sonra müəssisə üçün ciddi problem yaranmasına səbəb olur.



Kameral vergi yoxlaması nəticəsində bəyannamə üzrə vergi ödəyicisinin sənədlərlə təsdiq edilməyən 100.000 manat dəyərində xərci müəyyən edilib. Gələn uyğunsuzluq məktubuna cavab verilməyib və uyğunsuzluqlar aradan qaldırılmayıb. Nəticədə vergi orqanının qərarı ilə 05 may 2021-ci ildə 20.000 manat (100.000*20%) əlavə vergi hesablanıb.



Lakin daha sonra mühasib uyğunsuzluqda qeyd edilən və vergi orqanı tərəfindən müəyyən olunan 100.000 manat gəlirdən çıxılmayan xərcin yalnız 20.000 manatı ilə razılaşıb və gəlirdən çıxılan xərclərini 20.000 manat azaldaraq 15 may 2021-ci ildə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini göndərib. O da bir çox mühasiblər kimi dəqiqləşdirilmiş bəyannamədən sonra vergi orqanı tərəfindən hesablanan 20.000 manat əalvə vergi məbləğinin ləğv ediləcəyini düşünür. Lakin bu halda göndərilən dəqiqləşdirilmiş və cari vergi bəyannamələri üzrə olan vergi məbləğləri arasındakı fərq vergiyə dair şəxsi vərəqəyə əlavə hesablama olaraq düşür.

Cari bəyannamə üzrə:

(2.500.000-1.500.000)*20% = 200.000 manat

Dəqiqləşdirilmiş bəyannamə üzrə:

(2.500.000-1.480.000)*20% = 204.000 manat

Şəxsi vərəqə üzrə əlavə hesablanacaq vergi məbləği:

204.000-200.000 = 4.000 manat.



Dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiq olunarsa, hesablanan 20.000 manat vergi məbləği təsdiqlənmə tarixində geri qaytarılır.



Mühasiblər tərəfindən edilən yanlış əməliyyatlardan biri də ilk dəqiqləşdirilmiş bəyannamə göndərdikdən sonra təkrar cari bəyannamə məlumatları əsasında ikinci dəqiqləşdirilmiş bəyannamə göndərilməsidir. Buna səbəb ilk dəqiqləşdirilmiş bəyannamə göndərdikdən sonra vergi orqanının qərarı əsasında hesablanan vergi məbləğinin (20.000 manat) azalmaya getməməsidir. Təkrar cari bəyannamə məlumatları əsasında ikinci dəqiqləşdirilmiş bəyannamə göndərdikdə əlavə hesablanan vergi məbləği (4.000 manat) şəxsi vərəqədə azalma kimi qeyd edilsə də, daha sonra həmin məbləğ şəxsi vərəqədə təsdiqlənməmiş azalma kimi əks olunur. Bu isə o deməkdir ki, müəssisənin cari dövrə vergi borcu olduğundan vergi orqanı tərəfindən bu əməliyyat borc məbləğinin vergi ödəyicisi tərəfindən bilərəkdən azaldılması kimi qəbul edilir və təsdiqlənməmiş azalma olaraq nəzərə alınır.




  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq
  • Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları
    Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları
    08-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    05-sen-2025 | Bloq
  • İdxal edilən mallar barədə məlumat təqdim etmək öhdəliyi və məsuliyyət
    İdxal edilən mallar barədə məlumat təqdim etmək öhdəliyi və məsuliyyət
    05-sen-2025 | Bloq
  • Qeyri-rezidentlərin gəlirlərinin vergiyə cəlb olunması qaydası
    Qeyri-rezidentlərin gəlirlərinin vergiyə cəlb olunması qaydası
    04-sen-2025 | Bloq
  • Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?
    Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?
    04-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    03-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]