logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Məzuniyyətdə olan işçinin təminatları

  • Bloq
  • 04-may-2022, 21:14
  • 96

Əmək qanunvericiliyinin əhatə etdiyi önəmli məsələlərdən biri də məzuniyyətdə olduğu dövrdə işçiyə verilən təminatlardır. Mövzunu insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev şərh edir.

Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olan işçilərə aşağıdakı təminatlar verilir:

- məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi və orta əməkhaqqı saxlanılır;

- işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulmasına yol verilmir;

- işçinin intizam məsuliyyətinə cəlb edilməsinə yol verilmir.

Misal 1: Tutaq ki, baş ofisdə mühasib vəzifəsində çalışan işçi 1 fevral 2022-ci ildən 28 fevral 2022-ci il tarixi də daxil olmaqla 28 təqvim günü müddətinə əmək məzuniyyətində olub. İşəgötürən işçinin əmək məzuniyyətində olduğu dövrdə onun iş yerini daimi olaraq müəssisənin Binəqədi filialına dəyişdirmək istəyir. Bu, mümkün deyil, məzuniyyətdə olan işçinin iş yeri dəyişdirilə bilməz. İşçi əmək məzuniyyətindən qayıtdıqdan sonra tərəflərin razılığı ilə əmək müqaviləsinə edilmiş dəyişikliklə bu, mümkün ola bilər.

Misal 2: Tutaq ki, işçi 1 fevral 2022-ci ildən 20 fevral 2022-ci il tarixi də daxil olmaqla 20 təqvim günü müddətinə təhsil məzuniyyətində olub. İşəgötürən işçinin təhsil məzuniyyətində olduğu dövrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, “ştatların ixtisarı əsası” ilə onun əmək müqaviləsinə xitam vermək istəyir. Bu, mümkün deyil, bu halda işçinin ştatı ixtisar oluna bilməz.

Misal 3: Tutaq ki, işçi 1 fevral 2022-ci ildən 14 fevral 2022-ci il tarixi də daxil olmaqla 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyətə çıxıb. İşəgötürən işçinin ödənişsiz məzuniyyətində olduğu dövrdən bir ay öncə, yanvar ayında işçinin törətdiyi nöqsana görə, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçini intizam məsuliyyətinə cəlb etmək istəyir. Bu da mümkün deyil. İşçi ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra bu məsələyə baxılaraq ona intizam tənbehi verilə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech