logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi necə həyata keçirilir? (3 TƏLƏB)

  • Bloq
  • 12-may-2022, 13:37
  • 184


Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi necə həyata keçirilir? (3 TƏLƏB)

Qaydanın 2.4-cü maddəsinə əsasən, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır.

Maddədən göründüyü kimi, vergi ödəyicisinin mütləq əməl eməli olduğu konkret tələblər mövcuddur.

Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.

Misal. Vergi ödəyicisi 18 yanvar 2022-ci il tarixdə bank hesabından çıxardığı 15 000 vəsaiti 19 yanvar 2022-ci il tarixdə kassaya mədaxi edib. Vergi ödəyicisinin vəsaiti həmin gün yox, növbəti gün kassaya mədaxil etməsi uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman vergi orqanının Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq etmək hüququ var.

İkinci tələb ondan ibarətdir ki, bank hesabından çıxarılan vəsait kassa mədaxil orderində qeyd edilməklə kassaya mədaxil edilməlidir. Yəni, vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla, xərclənməsinə qərar verə bilməz.

Misal. Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 3000 manat çıxartmağa qərar verir. Bu halda vergi ödəyicisi həmin vəsaiti mütləq kassaya mədaxil etməli, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş etməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd edilən qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.

Üçüncü tələb odur ki, bank hesabından çıxarılmış nağd pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və ya bank hesabından çıxarışda göstərilən məbləğlə uyğun olmalıdır.

Misal. Vergi ödəyicisinin çekinin kötüyündə 4000 manat yazılıb, ancaq bank hesabından həmin məbləğdən fərqli vəsait çıxarılıb. Bu, vergi ödəyicisi tərəfindən uçot qaydalarının pozulmasıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech