logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi necə rəsmiləşdirilir?

  • Bloq
  • 12-may-2022, 13:41
  • 339


İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim etməlidir. Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir.

Komissiya xəstəlik vərəqələri əsasında Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır.

Müavinət təyin edildikdən sonra, komissiya və ya komissiyanın səlahiyyətli üzvü, müavinətin hesablanması və ödənilməsi üçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir.

Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi yuxarıda adı çəkilən Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında DSMF-nin rayon (şəhər) şöbəsinə xəstəlik vərəqəsi və müavinəti təyin edən komissiyanın iclasının protokolunun surəti təqdim edilir. Sənədlərin nümunəvi formalarını təqdim edirik:

Ərizənin nümunəvi forması

“Atəş” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Quliyeva Əsmər Qadir qızı tərəfindən




ƏRİZƏ


Əmək qabiliyyətimin 03 avqust 2019-cu il tarixindən 28 avqust 2019-cu il tarixinə kimi müvəqqəti itirildiyi 26 (iyirmi altı) təqvim günlük dövr üçün müavinət ödənilməsini xahiş edirəm.

Qoşma:

Xəstəlik vərəqəsi, 1 vərəq, 1 nüsxə

___________ Quliyeva M.R.

Tarix: ________

Müavinət komissiyasının iclas protokolunun nümunəvi forması:

«Atəş» MMC-nin

Müavinət komissiyasının iclasının

PROTOKOLU № _____

Füzuli şəhəri ____ ____________2019-cu il


Müavinət komissiya Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının əmək qabiliyyətinin itirildiyi 26 təqvim günlük (03 avqust 2019-cu il tarixindən 28 avqust 2109-cu il tarixinədək) dövr üçün müavinətin təyin edilməsi barədə ərizəsinə və təqdim etdiyi xəstəlik vərəqəsinə baxaraq

QƏRARA ALDI:


İşçinin əmək qabiliyyətinin 03 avqust 2019-cu il tarixindən 28 avqust 2109-cu il tarixinədək müvəqqəti itirildiyi 26 (iyirmi altı) təqvim günlük dövr üçün ilk 14 (on dörd) təqvim günü üçün “Atəş” MMC tərəfindən, sonrakı 12 (on iki) təqvim günü üçün isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli Rayon Şöbəsi tərəfindən müavinət ödənilsin.

Komissiyanın sədri ___________ Əliyev Adil Camal oğlu



Komissiyanın üzvü ___________Qalabəyov Əlimərdan Həsən oğlu



Komissiyanın üzvü ___________Məmmədov Kamil Amil oğlu


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech