logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi və sosial sığorta öhdəlikləri

  • Bloq
  • 19-may-2022, 14:10
  • 150


Fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən taksi sürücüləri nə qədər vergi və sosial sığorta haqqı ödəməlidirlər?

Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə uyğun olaraq ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxlər sadələşdirilmiş vergi ödəyiciləridir.

Həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün müvafiq qaydada fərqlənmə nişanı almalı, əldə etdikləri gəlir məbləğindən asılı olmayaraq dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər.
Vergi Məcəlləsinin 220.5-ci maddəsinin tələblərinə uyğun olaraq taksi xidməti göstərənlər hər ay bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat məbləği əsasında müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış vergi məbləğini büdcəyə ödəməlidirlər. Həmin əmsallar aşağıdakı qayda üzrə müəyyən edilmişdir:

-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2 əmsal;

-Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla) istisna olmaqla) - 1,5 əmsal;
-digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərləri istisna olmaqla) – 1 əmsal.

“Sosial sığorta haqqında” qanunun 14.5.1-1.10-cu maddəsinə əsasən fərqlənmə nişanı almış vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 6 faizi məbləğinin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilmişdir:

-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;

-Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;

-Digər şəhər və rayonlarda – 1 əmsal.

“İcbari tibbi sığorta haqqında” qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərqlənmə nişanı əldə edərək fəaliyyət göstərən vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Göründüyü kimi, bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir.

İndi isə bir neçə misalla taksi xidməti ilə məşul olan şəxslərin aylıq büdcə ödənişi məbləğini hesablayaq.

Misal 1:
Fərz edək ki, fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Bakı şəhəri daxilində, həmçinin müntəzəm olaraq Bakı və Gəncə şəhərləri arasında taksi ilə sərnişin daşıyır. Həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaqdır:

1. Sadələşdirilmiş vergi: 9x2 (əmsal) = 18 manat;

2. Sosial sığorta haqqı: 300x6% x2 (əmsal) = 36 manat;

3. İcbari tibbi sığorta haqqı: 300x4% = 12 manat.

Dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 18+36+12 = 66 manat olacaqdır.

Misal 2:
Fərz edək ki, fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Zaqatala şəhəri daxilində, həmçinin müntəzəm olaraq Şəki və Zaqatala şəhərləri arasında taksi ilə sərnişin daşıyır. Həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaq:

1. Sadələşdirilmiş vergi: 9x1 (əmsal) = 9 manat;

2. Sosial sığorta haqqı: 300x6% x1 (əmsal) = 18 manat;

3. İcbari tibbi sığorta haqqı: 300x4% = 12 manat.

Dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 9+18+12 = 39 manat olacaqdır.

Bəs fərqlənmə nişanı əldə etmədən fəaliyyət göstərən taksi sürücülərinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech