logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Aksizli mallarla bağlı qanun pozuntusuna görə tətbiq olunan cərimə məbləğləri

  • Bloq
  • 02-iyn-2022, 10:48
  • 79
Aksizli mallarla bağlı qanun pozuntusuna görə tətbiq olunan cərimə məbləğləri

Aksiz vergisini ödəməklə bağlı qanunvericiliyin tələbələri pozulduqda Vergi Məcəlləsi, İnzibati Xətalar və Cinayət Məcəlləsində bir sıra məsuliyyət tədbirləri nəzərdə tutulub. Mövzunu vəkillər kolleksiyasının üzvü Kamal Novruzov şərh edir.

İnzibati Xətalar və Cinayət Məcəlləsi qanun pozuntusunun az miqdarda, xeyli miqdarda və kulli miqdarda təsnif olunmasının şərtlərini müəyyənləşdirir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və məcburi nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə - aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər 80 manatdan 120 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.000 manatdan 1.500 manatadək olan məbləğdə cərimə edilir.

Burada "az miqdar" dedikdə, 500 manatadək olan məbləğ başa düşülür.

Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə - 2.000 manatdan 3.000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər külli miqdarda törədildikdə, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə görə, pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədiləri üçün nağd qaydada xeyli miqdarda alma – 1.000 manatdan 2.000 manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.4 - cü maddəsində qeyd olunur ki, 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd etmək istəyirəm ki, "xeyli miqdar" dedikdə 500 manatdan 2.000 manatdək olan məbləğ, "külli miqdar" dedikdə isə 2.000 manatdan yuxarı olan məbləğ başa düşülür.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech