logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV bəyannaməsinin doldurulması ilə bağlı İKİ YENİLİK

  • Bloq
  • 03-iyn-2022, 23:36
  • 1 279
ƏDV bəyannaməsinin doldurulması ilə bağlı İKİ YENİLİK
ƏDV bəyannaməsi ilə bağlı yeni və mühüm məqamlar əvvəlcədən alınmış ödənişlərə görə malların (işlərin, xidmətlərin) təqdim edilməsi (avansın bağlanması) və debitor borcların hərəkəti ilə bağlı ƏDV bəyannaməsində bu ildən tətbiq edilən yeniliklərlə bağlıdır.

1) Ötən illərdən fərqli olaraq avansın bağlanmasını ƏDV bəyannaməsində göstərmək bu ildən mümkündür. Belə ki, həmin məbləğ bəyannamənin 3 saylı əlavəsində mallar üzrə 301.1.1.8-ci, iş və xidmətlər üzrə isə 301.1.2.7-ci sətirlərdə “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda əks etdirilməlidir.

Misal: “T” MMC-yə təqdim ediləcək mallara görə aprel ayında 500 manat (ƏDV-siz) məbləğ daxil olmuşdur. Həmin mallar may ayında təqdim edilmişdir. Bu əməliyyat aprel ayı üzrə bəyannamədə 301.1.1.8-ci (Təqdim ediləcək malların hesabına əvvəlcədən alınmış ödənişlər) sətrinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda, may ayı üzrə isə həmin sətrin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda göstərilməlidir.

Əvvəlki illərin bəyannamə formalarında bu məsələ tənzimlənmədiyi üçün uyğunsuzluqlar yaranırdı və əlavə yazışmalara səbəb olurdu.

2) 2020-2021-ci illərdə tətbiq olunan bəyannamə formalarında debitor borcun hərəkətinə yanaşma ilə cari ilin bəyannamə formasındakı yanaşma fərqlidir.

Belə ki, əvvəlki bəyannamə formasında hesabat dövrü üzrə yaranan debitor borc məbləği kimi hesabat ayı üzrə yaranıb və ayın sonuna ödənilməmiş debitor borc məbləği nəzərə alınırdı. Hazırkı bəyannamə formasında isə yaranan debitor borc məbləği kimi ay arzində yaranan bütün debitor borcun məbləği nəzərə alınır. Paralel olaraq hesabat dövrü ərzində silinən debitor borc məbləğinin bəyannamədə göstərilməsi ilə bağlı da yanaşmada fərq vardır. Belə ki, öncəki bəyannamə formasında silinən debitor borc məbləği kimi yalnız əvvəlki hesabat dövrlərində yaranmış olan debitor borc məbləğlərinin cari hesabat ayında silinən hissəsi əks etdirilirdi. Builki formada isə silinən debitor borc məbləği ay ərzində silinən bütün məbləği əhatə edir.

Misal: “T” MMC-nin 30 aprel tarixinə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1500 manat (ƏDV-siz) təşkil etmişdir. May ayında satılmış malların dəyəri 1000 manatdır. MMC-nin bank hesabına 1200 manat daxil olmuşdur. Həmin məbləğin 800 manatı cari aydakı satışlar, 400 manatı isə əvvəlki aydan ödənilməyən debitor borclar üzrə olmuşdur.

“Əvvəlki qayda üzrə” bəyannamədə yaranan debitor borc məbləği 200 manat, silinən debitor borc məbləği 400 manat, dövrün sonuna qalıq 1300 təşkil edir;
Builki bəyannamə formasında isə yaranan debitor borc məbləği 1000 manat, silinən debitor borc məbləği 1200 manat, dövrün sonuna qalıq 1300 manat təşkil edəcəkdir.
Pərakəndə ticarət, səhiyyə, ictimai iaşə və s. bu kimi əsasən nağd əməliyyatları olan fəaliyyət sahələri üzrə təqdim edilən ƏDV bəyannamələrində ümumi satış məbləği debitor borc kimi “tanınmırdısa” hazırkı qaydalara əsasən həmin əməliyyatlar da debitor borcların hərəkətində həm yaranan, həm də silinən debitor borc kimi nəzərə alınmalıdır.

Həm avans, həm də debitor borcun hərəkəti ilə bağlı bəyannamə formasında edilmiş dəyişikliklər, məncə, mütərəqqi səciyyə daşıyır və ƏDV bəyannməsinin tərtibi zamanı informasiyanın mühasibat hesabatlarından daha asan yığılaraq emal olunması ilə nəticələnəcək, habelə bir sıra kameral uyğunsuzluqların aradan qaldırılmasına səbəb olacaqdır.

Qeyd: Məqalədə göstərilənlər Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi qaydasına əsaslanır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech