logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə hesablanan müavinətin sənədləşməsi

  • Bloq
  • 06-iyn-2022, 16:49
  • 344


Uşağın üç yaşı tamam olanadək ona qulluq etməklə bağlı qismən ödənişli sosial məzuniyyət hüququ “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamədə detallı təsbit olunub.

Belə məzuniyyət dövründə uşağa qulluq edən şəxsə verilən aylıq müavinətin DSMF-nin müvafiq rayon (şəhər) şöbələri tərəfindən təyin olunur, məbləği 2018-ci ilin martın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirilib.

Uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə məzuniyyətin verilməsi üçün işçinin ərizəsinin nümunəvi formasını təqdim edirik:

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Quliyeva Əsmər Qadir qızı tərəfindən


ƏRİZƏ


Xahiş edirəm, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq mənə 3 yaşınadək uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyət təqdim edəsiniz.

Qanunvericiliyə uyğun olaraq sosial sığorta ödənişləri hesabına aylıq müavinətin təyin edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə təqdim olunmasını təmin etməyinizi xahiş edirəm.

Qoşma:

Uşağın doğum haqqında şəhadətnaməsinin surəti, 1 vərəq, 1 nüsxə;
Uşağın 3 yaşınadək ona qulluq edilməsinə görə məzuniyyətdən istifadə etməməsi haqqında atasının iş yerindən arayış, 1 vərəq, 1 nüsxə.

___________ Quliyeva Ə.Q.

Tarix: ________


————————————————————————————-

Təcrübədə bəzən belə hallara rast gəlinir ki, 3 yaşınadək uşağa qulluğa görə məzuniyyətə çıxmış işçi 1 ildən, ilyarımdan sonra vaxtından əvvəl məzuniyyətdən geri qayıdır, vəzifəsinin icrasına davam edir. Bu halda o, müəssisənin rəhbərinin adına bildiriş ərizəsi ilə müraciət edərək, rəhbərliyi məlumatlandırmalıdır. Belə ərizənin nümunəvi formasını növbəti səhifədə təqdim edirik:

“Atəş” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Quliyeva Əsmər Qadir qızı tərəfindən


ƏRİZƏ

3 yaşınadək uşağa qulluqla bağlı məzuniyyətdən vaxtından əvvəl işə qayıtmağımla bağlı Sizi məlumatlandırır və 24 avqust 2019-cu il tarixindən işə başlayacağımı nəzərə almağınızı xahiş edirəm.

___________ Quliyeva Ə.Q.

Tarix: ________


————————————————————————————-

Yeni doğulmuş uşağa 3 yaşınadək qulluq etmək üçün məzuniyyətdən uşağın anası kimi atasının da istifadə etmək hüququ var. Bu zaman təşkilatın rəhbərliyinə ərizə ilə müraciət etmək lazım gəlir. Həmin ərizənin nümunəvi formasını təqdim edirik:



“Alov” MMC-nin direktoru

Rüstəmov Cavad Murad oğluna

Satış şöbəsinin əməkdaşı

Quliyev Mirzə Rəsul oğlu tərəfindən




ƏRİZƏ

Xahiş edirəm, uşağımın 3 yaşı tamam olanadək ona qulluq edilməsi ilə bağlı məzuniyyət hüququmdan istifadəni və məzuniyyət müddətində sosial sığorta ödənişləri hesabına aylıq müavinətin ödənilməsini təmin edəsiniz.

Qoşma:

Uşağın doğum haqqında şəhadətnaməsinin surəti, 1 vərəq, 1 nüsxə;
Uşağın 3 yaşınadək ona qulluq edilməsinə görə məzuniyyətdən istifadə etməməsi haqqında anasının iş yerindən arayış, 1 vərəq, 1 nüsxə.


___________ Quliyeva M.R.

Tarix: ________


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech