logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək münasibətləri yaradan xidməti müqavilələr necə ləğv edilməlidir?

  • Bloq
  • 09-iyn-2022, 14:57
  • 131


İlk olaraq müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə halında tərəflər arasında yaranan münasibətlərə baxaq. Son dəyişikliklərdən sonra bu münasibətlər birmənalı şəkildə əmək münasibətləri kimi qəbul olunur. Təcrübədə çox rast gəldiyimiz bir misal üzərindən qeyd olunan müddəanın tələblərini nəzərdən keçirək. Hər bir işəgötürəndə mühasib vəzifəsinin mövcudluğu heç kəsdə şübhə doğurmur, uçotun aparılmasının, dövlət qurumları qarşısında vergi, sosial və digər icbari öhdəliklərin icrasının və hesabatlılığın həyata keçirilməsinin təmin olunması baxımından ştat cədvəlini qeyd olunan vəzifəsiz təsəvvür etmək mümkün deyil. Ancaq təcrübədə bəzən işəgötürənlər mühasiblə əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlamağa üstünlük verirlər və bu vəzifənin əmək funksiyalarının icrasını işçiyə deyil, adətən VÖEN-i olan fərdi sahibkara həvalə edirlər. Bu, doğru deyil. Təbii ki, xidmət müqaviləsi əsasında maliyyə və mühasibatlıq xidmətlərinin birdəfəlik xarakterli olmasına istisna hal kimi baxılmalıdır.

Hesab edək ki, işəgötürən mühasib vəzifəsinin funksiyalarının icrası üçün artıq bir neçə ildir ki, fərdi sahibkarla mülki hüquqi müqavilə imzalayıb. Əmək Məcəlləsində son dəyişikliklər qüvvəyə mindikdən sonra həmin müqaviləyə xitam verilməli, mühasib vəzifəsinə qəbul olunan işçi ilə əmək müqaviləsi imzalanmalıdır. Mühasibin funksiyalarının xidmət müqaviləsi əsasında icrasının ləğvinin rəsmiləşdirilməsi üçün aşağıdakı məzmunda əmrin verilməsi tövsiyə olunur:

Blank “Alov” MMC

ӘMR № ________



Şuşa şәhәri __ _________________2021-ci il

Maliyyə-mühasib xidmətlərinin göstərilməsini nəzərdə tutan

mülki hüquqi müqavilənin ləğv edilməsi haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 7-ci maddәsinin

2-3-cü hissəsinin 3-cü bəndinə və 2-4-cü hissəsinә әsaslanaraq

ӘMR EDİRӘM:

Fərdi sahibkar Quliyev Rza Әşir oğlu ilə (VÖEN: 7500XXXXXX) maliyyə-mühasibatlıq xidmətlərinin göstərilməsi məqsədilə bağlanılmış 18 avqust 2019-cu il tarixli, 19/42 №-li mülki hüquqi müqavilə ləğv olunsun.
Hüquq şöbəsinin müdiri Sadıqov Elcan Mürsəl oğlu mülki hüquqi müqavilənin ləğvi ilə bağlı qarşı tərəfi məlumatlandırmaqla tələb olunan hüquqi prosedurları və son hesablaşmaların həyata keçirilməsini təmin etsin.
Ştat cәdvәlində aylıq vәzifә maaşı 752 (yeddi yüz әlli iki) manat müәyyәnlәşdirilmiş mühasib vəzifəsi yaradılsın.
Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızı yeni işçinin qəbulu ilə bağlı prosedurları həyata keçirsin.
Әmrin icrasına nәzarәti özümdə saxlayıram.


Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum: __________ Sadıqov E.M.

Tarix: ________


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech