logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı halda əyləncə və sosial xarakterli ödənişlər gəlirdən çıxılır?

  • Bloq
  • 09-iyn-2022, 15:01
  • 197


Əgər vergi ödəyicisinin fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyırsa, o zaman bu xərclərin gəlirdən çıxılmasına icazə verilir. Vergi Məcəlləsinin 109.4-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Misal 1. “Ayan” şadlıq sarayı toyda oxuması üçün müğənni Elariz Yaqubova 2 000 manat ödəniş edir. Həmin ödəniş əyləncə xarakterli olsa belə, məbləğin şadlıq sarayı tərəfindən gəlirdən çıxılmasına icazə verilir.

Misal 2.“A” MMC ictimai iaşə müəssisəsi olan restorandır və yeməklərin bişirilməsi üçün aşpazla xidmət müqaviləsi bağlayaraq ona 2 000 manat ödəniş edir. Yuxarıdakı cədvəldə aşpaz xərcini gəlirdən çıxılan xərclərə aid etməsək də, bu halda aid ediləcək. Çünki “A” MMC sahibkarlıq fəaliyyətinə uyğun olaraq aşpaz xidmətindən istifadə etməlidir.


Son zamanlar bir çox vergi ödəyicilərinin müxtəlif xeyriyyə fəaliyyətlərinə qoşulmasına və müəyyən maddi dəstək vermələrinə çox rast gəlinir. Maraqlıdır, xeyriyyə məqsədilə ödənilən vəsaitin xərc kimi gəlirdən çıxılmasına icazə verilir?

Vergi Məcəlləsinin 109.2-ci maddəsilə qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına qadağa qoyulub.


Misal 2. “A” MMC qərar verir ki, xeyriyyə məqsədilə Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası ilə məşğul olan fonda 30 000 manat ödəniş etsin. Vergi qanunvericiliyi imkan vermir ki, vergi ödəyicisinin bu xeyriyyə fəaliyyəti üzrə xərclədiyi məbləğ gəlirdən çıxılan xərclərə aid edilsin.

Fikrimizcə, xeyriyyə fəaliyyəti üzrə Vergi Məcəlləsində yumşalmalara gedilməsi zəruridir. Təbii ki, bu imkandan sui-istifadə hallarının qarşısı alınmaq şərtilə. Xeyriyyə fəaliyyəti ilə bağlı xərcləmələrə verilən təşviq vergidən yayınma üçün sxemlər yaratmağa yol açmamalıdır.

Vergi Məcəlləsində qüvvəyə minən idman və mədəniyyət fəaliyyətləri ilə bağlı güzəştlər xeyriyyə məqsədlərinə də şamil edilir. Təbii ki, vergi orqanlarının çəkindiyi məsələ, bir az əvvəl söylədiyimiz vergidən yayınma sxemləri - gəlirdən çıxılan xeyriyyə ödənişlərinin sonradan nağdlaşdırılaraq geri qaytarılması məsələsidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq
  • Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları
    Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları
    08-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    05-sen-2025 | Bloq
  • İdxal edilən mallar barədə məlumat təqdim etmək öhdəliyi və məsuliyyət
    İdxal edilən mallar barədə məlumat təqdim etmək öhdəliyi və məsuliyyət
    05-sen-2025 | Bloq
  • Qeyri-rezidentlərin gəlirlərinin vergiyə cəlb olunması qaydası
    Qeyri-rezidentlərin gəlirlərinin vergiyə cəlb olunması qaydası
    04-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]