logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sınaq müddətində işçinin əmək müqaviləsininin xitamı zamanı 3 VACİB məqam

  • Bloq
  • 10-iyn-2022, 10:17
  • 652


Əmək Məcəlləsini 70-ci, “İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

- sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda (“b” bəndi)

Sınaq müddəti barədə “Əmək müqaviləsi” bölməsində ətraflı məlumat verdiyimizdən burada yalnız sınaq müddətində işçinin əmək müqaviləsinə xitam verilməsi məsələlərinə toxunacağıq.

Misal 1. İşəgötürən Əmək Məcəlləsinin 51-ci maddəsinin tələblərinə uyğun olaraq işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə iki ay sınaq müddəti müəyyən edib. İşçi sınaq müddətində əmək funksiyasını lazımınca yerinə yetirə bilmədiyindən işəgötürən sınaq müddəti qurtaranadək üç gün əvvəldən yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini pozub. Xəbərdarlıq olmadan işçinin əmək müqaviləsinə xitam verilməsi gələcəkdə müəyyən problemlərin yaranmasına səbəb olur.

Misal 2. İşəgötürənlə işçi arasında 1 fevral 2022-ci il tarixdə bağlanan əmək müqaviləsinə əsasən işçiyə 3 aylıq sınaq müddəti təyin olunub. İşəgötürən ən geci 27 aprel 2022-ci il tarixdə işçini yazılı formada məlumatlandırmalıdır ki, sınaq müddətində özünü doğrultmadığı üçün onun əmək müqaviləsinə xitam verilir.

Təcrübədə sınaq müddətində özünü doğrultmaması səbəbi ilə işçinin əmək müqaviləsinə xitam zamanı bəzi fərqli yanaşmalara yol verilir ki, onlardan ən çox rast gəlinən məqamlar haqqında məlumat vermək istərdik.

Birinci məqam. Əmək müqaviləsində sınaq müddəti qeyd edilmədiyi halda, işçinin sınaq müddəti dövründə özünü doğrultmadığı üçün əmək müqaviləsinə xitam verilir.

Misal. İşəgötürən işçi ilə 1 sentyabr 2021-ci il tarixdə müddətsiz və ya 1 il müddətli əmək müqaviləsi imzalayıb. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilməsə də, işəğötürən 3 ayın bitməsinə 3 gün qalmış sınaq müddətində özünü doğrultmadığı səbəbi ilə işçinin əmək müqaviləsinə xitam verib. Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən, sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

İkinci məqam. Qanunvericilikdə sınaq müddəti ilə əmək müqaviləsi bağlanılmasına icazə verilməyən işçinin əmək müqaviləsində sınaq müddəti nəzərdə tutulur və xitam zamanı ona istinad edilir.

Misal. İşəgötürən 2 yaşınadək uşağı olan qadınla 3 aylıq sınaq müddəti nəzərdə tutulan əmək müqaviləsi bağlayır. 3 ay bitməmiş işçini sınaq müddətində özünü doğrultmadığı səbəbi ilə işdən azad edir. Əmək Məcəlləsinin 52-ci maddəsində əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilməyən halların siyahısı verilib. Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də həmin siyahıya aiddir.

Üçüncü məqam. Sınaq müddətinin 3 ay müəyyən olunmasına baxmayaraq, işçi 2 aydan sonra işdən azad edilir.

Təcrübədə sınaq müddəti ilə bağlı rast gəlinən hallardan biri də, sınaq müddətinin 3 aylıq müəyyən olunmasına baxmayaraq, işçinin əmək müqaviləsinə 1-2 aydan sonra sınaq müddətində özünü doğrultmaması əsası ilə xitam verilməsidir. Qeyd edək ki, sınaq müddətinin tavan müddəti kimi 3 ay qeyd edilib, amma işəgötürənin hüququ çatır ki, daha az sınaq müddəti müəyyən etsin. Misal üçün, işəgötürən hətta 10-15 günlük də sınaq müdəti müəyyən edə bilər. O səbəbdən də, işçi ilə sınaq müddətinin 3 ay olaraq müəyyən olunması, 1 aydan sonra işçinin sınaq müddətində özünü doğrultmaması qərarının verilməsi mübahisəli hesab etsək də, dövlət qurumu işçinin sınaq müddəti başa çatmadan azad edilməsinə əmək qanunvericiliyinin tələblərinin pozulması kimi yanaşmır.

Dördüncü məqam. İşçi sınaq müddətində başqa əsasla işdən azad olunsa da, xitam zamanı 70-ci maddənin “d” bəndinə istinad olunur.

Əmək qanunvericiliyinə əsasən, sınaq müddətinin müəyyən olunmasında məqsəd işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaqdır. Qeyd edilənlərdən fərqli səbəblərdən işçinin əmək müqaviləsinə xitam verilərsə, ona uyğun maddə qeyd edilməlidir.

Misal 1. İşçi sınaq müddəti dövründə qərar verir ki, öz təşəbbüsü ilə işdən azad olunsun. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində 70-ci maddənin “d” bəndi qeyd olunmamalıdır. İşçi öz ərizəsi ilə işdən çıxdığı üçün, 69-cu maddəyə istinad edilməlidir.

Misal 2. İşəgötürən sınaq müddəti ərzində işçinin bir neçə dəfə sərxoş vəziyyətdə işə gəlməsini müəyyən edir və bu halları rəsmiləşdirir. Daha sonra isə əmək müqaviləsinə xitam verir. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi yox, “ç” bəndi qeyd edilməlidir. Çünki “İşçinin sınaq müddəti dövründə özünü doğrultmaması” anlayışı özündə əmək intizamının kobud şəkildə pozulmasını ehtiva etmir.

Sınaq müddətindən keçməyən işçilərə hansı ödənişlər edilməsinə gəlincə isə, belə işçiyə işdənçıxma müavinət ödənilmir. Amma sınaq müddətində özünü doğrultmayan işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilən zaman ən çox edilən səhv ona istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməməsidir.

Bəzi işəgötürənlər Məcəllənin 131-ci maddəsinə istinadən hesab edirlər ki, işçi 6 aydan az işlədiyi üçün (sınaq müddətinin maksimum müddəti 3 aydır) onun əmək məzuniyyəti hüququ yaranmır. Ancaq 131-ci maddədə söhbət əmək məzuniyyəti hüququnun yaranmasından yox, işçinin əmək məzuniyyətindən istifadə etmək hüququnun yaranmasından gedir.

Məzuniyyət hüququnun yaranması Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsi ilə tənzimlənir: “İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.”

Üstəlik, Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Bu səbəbdən işçinin sınaq müddəti 15 gün olsa və həmin müddətdən sonra əmək müqaviləsinə xitam verilsə belə, ona istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq
  • Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    07-iyl-2025 | Bloq
  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]