logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Təhtəlhesab şəxs ona verilən vəsaiti gec qaytardıqda, proses necə tənzimlənir?

  • Bloq
  • 17-iyn-2022, 15:47
  • 125


Vergi Məcəlləsinin 98.2.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir.

Misal 1. Vergi ödəyicisi təhtəlhesab şəxsə 1 dekabr 2020-ci il tarixdə 2000 manat vəsait verib. Təhtəlhesab şəxs 15 dekabr 2020-ci il tarixdə 1650 manatlıq avans hesabatı təqdim edib və 300 manatlıq qalıq vəsaiti kassaya qaytarıb. Bu halda həmin vəsaitin vergi ödəyicisinin muzdlu işlə əlaqədar alınan gəliri hesab edilib-edilməməsi müzakirələrə səbəb olub. Bəzi mütəxəssislərimiz hesab edirlər ki, vəsait təhtəlhesab şəxs tərəfindən geri qaytarıldığı üçün onun gəliri sayılmamalıdır. Amma Vergi Məcəlləsinin 98.2.7-ci maddəsində “müəyyən edilmiş qaydada geri qaytarılmadıqda” ifadəsindən istifadə edilib. Göründüyü kimi, vəsaitin qaydalara uyğun geri qaytarılmaması imkan verir ki, həmin vəsait təhtəlhesab şəxsin gəliri hesab edilsin. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilə bilər.

Misal 2. Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, vergi ödəyicisi 2 dekabr 2020-ci il tarixdə təhtəlhesab şəxsə vəsait verib. İşçi 5 iş günü keçməsinə baxmayaraq, avans hesabatı təqdim etməyib. Vergi orqanının vəzifəli şəxsi həmin məbləği təhtəlhesab şəxsin muzdlu işlə əlaqədar alınan gəliri kimi tanıyıb, icbari ödənişlərə cəlb edə bilər.

Qaydaların tətbiqi nağd vəsaitlərin uçotunun təkmilləşdirilməsi ilə yanaşı, vergi nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin pul vəsaitlərinin uçotdan gizlədilməsinin qarşısını almağa hesablanmış addımdır. Çünki bu qaydalar tətbiq edilmədikdə vergi ödəyicisi yüksək məbləğdə vəsaiti təhtəlhesab şəxsə avans kimi yazmaqla, kassada olmalı vəsaiti leqallaşdıra bilirdi. Qanunvericilikdə həmin vəsaitlərin hansı müddətə qaytarılması ilə bağlı tələb olmadığı üçün vergi orqanı maliyyə sanksiyası tətbiq etməkdə çətinliklə qarşılaşırdı. Qaydaların qəbulundan sonra qeyd olunan boşluq aradan qaldırılıb.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    14-noy-2025 | Bloq
  • Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    14-noy-2025 | Bloq
  • Vergi  mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    Vergi mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    13-noy-2025 | Bloq
  • Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    13-noy-2025 | Bloq
  • İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    13-noy-2025 | Bloq
  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech