logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS sisteminə məlumatların daxil edilməsi ilə bağlı XƏBƏRDARLIQ!

  • Bloq
  • 23-iyn-2022, 10:00
  • 147
ƏMAS sisteminə məlumatların daxil edilməsi ilə bağlı XƏBƏRDARLIQ!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏMAS altsisteminə əmək haqqı göstəricilərinin daxil edilməsi ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib. Həmin xəbərdarlıq məktubunun mətnini həmkarlarımızın diqqətinə çatdırırıq:

“Hörmətli sığortaedənlər,

2021-ci ilin iyun ayından başlayaraq əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişləri vaxtında Nazirliyin “Əmək və məşğulluq” altsisteminə daxil etməyən sığortaedənlər tərəfindən göndərilən məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlə bağlı haqq-hesab cədvəllərində qeyd olunan real vəzifə maaşları onlar tərəfindən möhür və imza ilə təsdiq olunmuş və sistemə daxil edilmiş arayış nəzərə alınmaqla emal olunurdu.

Bildiririk ki, sözügedən halın müddətli və güzəştli xarakter daşıdığı mütəmadi olaraq sığortaedənlərin diqqətinə çatdırılmış və sığortaolunanların əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişlərin vaxtında Nazirliyin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi ilə bağlı tövsiyələr verilmişdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, verilən güzəşt müddətindən bir ilə yaxın zaman keçdiyini nəzərə alaraq 1 iyul 2022-ci il tarixdən etibarən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişləri vaxtında müvafiq altsistemə daxil etməmiş sığortaedənlər tərəfindən təqdim edilən məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlər üzrə haqq-hesab cədvəllərinin vəzifə maaşlarını təsdiq edən arayış əsasında emal olunaraq ödənişə göndərilməsi dayandırılacaq və Nazirliyin “Əmək və məşğulluq” altsistemində sığortaolunanların faktiki əks olunan vəzifə maaşı nəzərə alınacaqdır.

Məlum edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Qeyd olunanları nəzərə alaraq gələcəkdə problemlər yaranmaması üçün əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişlərin vaxtlı-vaxtında Nazirliyin “Əmək və məşğulluq” altsistemində yenilənməsini sığortaedənlərdən bir daha xahiş edirik.”

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech