logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Nağdlaşdırmaya görə sadələşdirilmiş vergi necə hesablanır?

  • Bloq
  • 23-iyn-2022, 13:48
  • 159


Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu maddə ilə bağlı diqqət yetiriləsi məqamlar aşağıdakılardır:

1) Bu vergi sırf vergi ödəyicilərinə aid olduğundan adi vətəndaşların nağd pul çıxarmasına görə vergi tutulmur.


Misal. Tutaq ki, “A” MMC işçinin əmək haqqı kartına 500 manat ödəyir, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Və ya hansısa vətəndaşa pul köçürmələri vasitəsilə vəsait daxil olduqda, həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdiirlmiş vergi hesablanmır.

2) Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb.

Yəni, istər kənd təsərrüfatı ilə, istərsə də ixrac və ya istehsal fəaliyyəti ilə məşğul olanlar bank hesabından nağd pul çıxardıqda 1 faiz sadələşdirilmiş vergi ödəməlidir. Eyni hal vergi ödəyicisinin bank hesabından çıxarılan nağd pulun təyinatı ilə də bağlıdır. Vergi ödəyicisinin hesabından əmək haqqı və ya təsərrüfat fəaliyyəti ilə bağlı nağd pul çıxarılması hallarında da 1 faiz vergi tutulur.

3) Dövlət təşkilatları və bələdiyyələrin bank hesablarından vəsaitin çıxarılması zamanı 1 faiz sadələşdirilmiş vergi tutulmamalıdır.

Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir edənlər də, bank hesabından vəsaiti nağdlaşdırdıqda, 1 faiz vergi ödəməməlidirlər.

Bank hesabından vəsaitin çıxarılması ilə bağlı hesablanan 1 faizlik sadələşdirilmiş vergi ilə bağlı hesabatı bank hesabına malik olan vergi ödəyicisi vermir, bank “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi”ni təqdim edir.

Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədiyi 1 faiz dərəcəsi ilə tutulan sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir. Yəni, gəlir və ya mənfəət vergisi ödəyicisi müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech