logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçinin əvvəlki 12 ayda qazancı olmazsa, əmək qabiliyyətinin itirilməsinə görə müavinət necə hesablanır?

  • Bloq
  • 29-iyn-2022, 10:39
  • 167


Təcrübədə rast gəlinən hallardan biri də odur ki, 6 aydan çox sosial stajı olan işçinin müəyyən səbəblərdən əvvəlki tam 12 ayda hər hansı gəliri olmur.

MİsaL. Qismən ödənişli məzuniyyətdən geri qayıdan işçi əmək qabiliyyətini müvəqqəti itirib. Təbii ki, işçi əvvəlki 12 ayda qısmən ödənişli sosial məzuniyyətdə olduğu üçün hər hansı qazanca malik deyil.

Əsasnamənin 28-ci maddəsində qeyd edilir ki, sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əmək haqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi yolu ilə tapılır.

Qaydanı misalla izah edək.

MİsaL 1. “AA” MMC-nin 15 illik sosial staja malik olan işçisi 10-20 fevral 2022-ci il tarixlərində əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda hesablama aparmağımız üçün aşağıdakı göstəricilər bizə lazım olacaq:

İşçinin əmək qabiliyyətini itirdiyi dövrdə minimum aylıq əmək haqqı – 300 manat;

İşçinin əmək qabiliyyətini itirdiyi ayda iş günlərinin sayı – 20 gün

İşçinin əmək qabiliyyətini itirdiyi dövrdə iş günlərinin sayı – 8 iş günü

İşçiyə sosial staja və ya sosial kateqoriyaya görə hesablanan müavinətin faiz miqdarı - 100 faiz (çünki işçinin sosial stajı 12 ildən çoxdur)

Əvvəlki 12 təqvim ayı ərzində fəaliyyəti olmayan işçinin verilən göstəricilər əsasında müavinətini hesablayaq.

Müavinətin məbləği = (((Minimum əmək haqqı) / Əmək qabiliyyətini itirdiyi ayda günlərin sayı) x İşçinin əmək qabiliyyətini itirdiyi dövrə iş günlərinin sayı) x Müavinətin faiz miqdarı.

Müavinətin məbləği = ((300 manat / 20 iş günü) x 8 iş günü x 100 faiz= 120,00 manat

Deməli, işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün 120, 00 manat məbləğində müavinət ödəniləcək.

Başqa bir misal üzərindən proqram təminatında göstəricilərin sistemə işlənilməsini nəzərdən keçirək.

MİsaL . “A” MMC-nin işçisi 22 yanvar 2022-ci il tarixdən 10 fevral 2021-cu il tarixədək əmək qabiliyyətini müvəqqəti itirib. İşçi analıq və qismən ödənişli sosial məzuniyyətdən 01 yanvar 2021-cu il tarixində qayıtdığı üçün son 12 ayda əmək haqqı almayıb.

Bu halda proqram təminatının “Yekun müavinətin məbləğinin təyin edilməsi” bölməsində “Əvvəlki 12 ayı işləməyib” bölməsini aktiv etmək lazımdır.

Yanvar və fevral ayları üzrə ayrıca hesablanma aparılacaq.

Yanvar ayı üzrə iş günlərin sayı - 18 iş gün;

Fevral ayı üzrə iş günlərin sayı - 20 iş gün;

Yanvar ayı üzrə əmək qabiliyyətini itirdiyi dövrə (22 -31 yanvar 2021) düşən iş günlərin sayı- 6 iş günü;

Fevral ayı üzrə əmək qabiliyyətini itirdiyi dövrə (01 -10 fevral 2021) düşən iş günlərin sayı- 8 iş günü

2020-ci ilin yanvar və fevral ayları üzrə minimum əmək haqqının 300 manat olmasını nəzərə alsaq, müavinətin hesablanması aşağıdakı kimi olacaq:

Yanvar ayı üzrə müavinətin məbləği = (300 manat (minimun əmək haqqı)/18 iş günü (yanvar ayı üzrə iş günləri sayı)) x 6 iş günü (yanvar ayı üzrə işçinin əmək qabiliyyətini itirdiyi günlərin sayı) = 100,00 manat

Fevral ayı üzrə müavinətin məbləği = (300 manat (minimun əmək haqqı)/20 iş günü (fevral ayı üzrə iş günləri sayı)) x 8 iş günü (fevral ayı üzrə işçinin əmək qabiliyyətini itirdiyi günlərin sayı)= 120 manat

Cəmi ödəniləcək müavinət məbləği= 220,00 (100,00 (yanvar ayı üzrə müavinət)+ 120 manat (fevral ayı üzrə müavinət)).

Bir daha bildiririk ki, misallarda işçinin üzrlü səbəbdən əmək qabiliyyətini itirməsi hallarını qeyd etmişik.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech