logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Cari vergi ödəmələrin hesablanması arayışın vaxtında təqdim edilməməsinə görə cərimə tətbiq edilir?

  • Bloq
  • 05-iyl-2022, 16:55
  • 593


Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddədə arayış dedikdə, Vergi Məcəlləsinin 16.2-ci maddəsi ilə tənzimlənən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq təqdim edilməli sənəd nəzərdə tutulur.

Mİsal. Mənfəət (gəlir) vergisi ödəyiciləri Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq hər rübdən sonrakı ayın 15-ə qədər “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” təqdim etməlidirlər. Hesab edək ki, vergi ödəyicisi 15 aprel 2022-ci il tarixinə qədər həmin arayışı təqdim etməyib. Vergi orqanı “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki Vergi Məcəlləsinin 57.1-ci maddəsində qeyd edilən arayışın təqdim olunmamasına görə maliyyə sanksiyası nəzərdə tutulmayıb.

Vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı təqdim etmədikdə, prosesin necə həyata keçiriləcəyi maraqlıdır. Əksər hallarda vergi ödəyicisi tərəfindən hesabat təqdim edilmədikdə, vergi orqanı Vergi Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan faiz hesablanmasını tətbiq edir.

Mİsal. Vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi 3 000 manatdır. Vergi ödəyicisi 2022-ci ilin II rübü üzrə Vergi Məcəlləsinin 151.2-ci maddəsi üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı təqdim etməyib. Bu halda vergi orqanı Vergi Məcəlləsinin 151.1-ci maddəsinin tələblərini nəzərə alaraq, 750 manat (3 500 manat (ötən dövrün mənfəət vergisi) x 25 faiz (Vergi Məcəlləsinin 151.1-ci maddəsinə uyğun olaraq mənfəətin ¼-i)) vergi hesablayacaq.

Digər hal da mümkündür ki, vergi ödəyicisi öncəki il zərərlə işləsin və ya mənfəət (gəlir) vergisi ödəyicisi olmasın. Bu zaman vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun təqdim etməli olduğu halda, hər hansı arayış formasını vergi orqanına göndərmir. Təbii ki, vergi orqanı da Vergi Məcəlləsinin 151.1-ci maddəsinin tələblərinə uyğun hesablama həyata keçirmir. Çünki vergi ödəyicisinin ötən il üzrə mənfəəti olmadığından cari vergi ödəməsi hesablanması üçün baza mövcud olmur.

Fikrimizcə, vergi orqanı belə hallarda Vergi Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq əlaqəli (vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-faktura, real vaxtı rejimində qoşulan NKS çeki, bank məlumatları və s.) məlumatlar əsasında cari vergi ödəməsi hesablamaq hüququna malik olacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech