logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək qanunvericliyinin pozulmasına görə İnzibati xətanın müddətinin keçməsi necə tənzimlənir?

  • Bloq
  • 11-iyl-2022, 16:22
  • 346
Əmək qanunvericliyinin pozulmasına görə İnzibati xətanın müddətinin keçməsi necə tənzimlənir?
İnzibati xətalarla bağlı ən maraqlı məqam inzibati xətanın müddətinin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilmədir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmçinin, Məcəllənin 38.2-ci maddəsinə əsasən, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddət (yəni, 3 ay) uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.

Əvvəlcə Məcəllənin 38.1-ci maddəsindəki 3 ay məsələsinə aydınlıq gətirək.

Mİsal. 2022-ci ilin fevral ayı üzrə işçinin əmək haqqı düzgün hesablanmayıb. İşçinin şikayəti əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti aprel ayında yoxlamaya başladıqda, həmin inzibati xətanın aradan qaldırılıb-qaldırılmamasından asılı olmayaraq, inzibati protokol tərtib edərək vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü madəsinə uyğun olaraq yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edəcək. Çünki inzibati xətanın baş verdiyi tarixdən 3 ay müddət keçməyib.

İnzibati Xətalar Məcələsinin 38.2-ci maddəsində qeyd edilən “uzanan inzibati xəta”nın konkret açıqlaması qanunvericilikdə yoxdur. Öncə onu bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində əvvəllər “uzanan” yox, “davam edən” inzibati xəta anlayışından istifadə olunurdu. 23 fevral 2021-ci il tarixli, 270-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 38.2-ci maddədə “davam edən” sözü “uzanan” sözü ilə əvəz edilib.

İndi isə “uzanan inzibati xəta” anlayışını izah etməyə çalışaq. Misal üçün, işəgötürən işçiyə aylıq iş saatı normasından çox iş vaxtı müəyyən edib və işçi də fasiləsiz olaraq həmin iş saatında işləyir.

Başqa bir misalı qeyd edək.

Mİsal. İşçi 1 yanvar 2022-ci il tarixdən mühasib vəzifəsində çalışsa da, işəgötürən ona 21 gün məzuniyyət hesablayıb. Dövlət Əmək Müfəttişliyi Xidməti həmin xətanı 2022-ci ilin sentyabr ayında aşkar edərsə, o zaman ona inzibati cərimə tətbiq edəcək. Baxmayaraq ki, inzibati xətanın baş vermə tarixindən - 1 yanvar 2022-ci il tarixindən 3 ay keçib, amma inzibati xəta uzanan xəta olduğu üçün cərimə tətbiq edilir.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitutsiya Məhkəməsinin 4 sentyabr 2018-ci il tarixli qərarında uzanan (və ya davam edən) xətalara qismən də olsa, aydınlıq gətirilir: “Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır:

- bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir;

- bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır;

- qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur.

“Uzanan hüquqpozuntuları” (cinayət, xəta) isə başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir.

“Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır.

Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər...”

Fikrimizcə, əmək müqaviləsinə xitamın düzgün həyata keçirilməməsi, son haqq-hesabın ödənilməməsi, xitam zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməməsi və s. oxşar hallar uzanan inzibati xəta hesab olunmur. Dövlət Əmək Müfəttişliyi Xidməti həmin xəta baş verdiyi tarixdən 3 ay keçdikdən sonra inzibati cərimə tətbiq edə bilməz. Bir daha qeyd edirik ki, bu uzanan inzibati xəta ilə bağlı nəşrin müəllif heyətinin mövqeyidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech