logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ştat cədvəli ilə bağlı nələri bilməliyik?

  • Bloq
  • 15-iyl-2022, 12:28
  • 1 650


Ştat cədvəli özündə müəssisənin strukturu, kadr tərkibi və işçilərin vəzifə maaşları barədə informasiyanı əks etdirən sənəddir. Ştat cədvəli bütün dövlət və kommersiya müəssisələri üçün vacib bir sənəd olsa da, Azərbaycan Respublikasının Əmək Məcəlləsində “ştat cədvəli” anlayışı yoxdur. Ştat cədvəlinin tərtibi qanunvericilikdə nəzərdə tutulmadığından onun tərtibi proseduru ilə bağlı hər hansı tələb də yoxdur, bu proses işəgötürənin mülahizəsinə əsasən aparılır. Ancaq vakansiya bankının yaradılması ilə bağlı qanunvericilik dəyişikliyindən sonra bu məsələ aktuallaşıb.

Adətən, bu məsələ ilə birbaşa işəgötürən özü məşğul olur. Ştat cədvəlinin hazırlanması ilə bağlı ayrıca əmr verilməsi və bu məsələ ilə bağlı (ştat cədvəlinin tərtibi, təsdiqi və ona dəyişikliklər edilməsi) səlahiyyətli şəxsin müəyyənləşdirilməsi mümkündür. Bəzən də bu funksiya işçinin əmək müqaviləsinin “Əmək funksiyaları” hissəsində əks etdirilir. Bir qayda olaraq kiçik təşkilatlarda ya ştat cədvəlindən istifadə edilmir, ya da onun tərtibi ilə kadrlarla iş şöbəsi və ya mühasibatlıq məşğul olur. Böyük müəssisələrdə bu işi planlaşdırma ilə məşğul olan şöbə və ya əmək haqqı şöbəsi həyata keçirir.

“Ştat cədvəli nə üçün vacibdir” sualına belə cavab vermək olar ki, təşkilatda vahid bir sənəddə mövcud ştatlar, əmək haqqı və tarif dərəcələri kimi faydalı informasiyanın olması rəhbərliyə və kadrlarla iş şöbəsinə əmək mübahisələrindən qaçmaqla, kadr dəyişikliklərini idarə etmək imkanı yaradır. Fikrimizcə, mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatlarda ştat cədvəlinin təsdiqi vacibdir.

Ştat cədvəli təşkilatın rəhbərinin əmri ilə təsdiq olunur. Ola bilər ki, ştat cədvəli təsdiq olunduğu tarixdə deyil, irəli bir tarixdə qüvvəyə minsin. Bu barədə ştat cədvəlinin təsdiqi ilə bağlı əmrdə qeyd olur.

Ştat cədvəli, adətən ilin əvvəlində olmaqla 1 illik təsdiq olunur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech