logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İstirahət günləri müəyyənləşdirilərkən hansı məqamlara diqqət yetirmək lazımdır?

  • Bloq
  • 20-iyl-2022, 15:51
  • 179


Əmək Məcəlləsinin 104-cü, “İstirahət günləri” maddəsinin birinci hissəsinə əsasən, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır.

Maddədən göründüyü kimi, həmin istirahət günlərinin mütləq şənbə və (və ya) bazar günləri olması haqqında da qanunvericilikdə hər hansı tələb yoxdur. Misal üçün, əksər notariuslar istirahət günlərini həftənin bazar və bazar ertəsi günlərinə salırlar. Fikrimizcə, burada da hər hansı qanun pozuntusu yoxdur.

İş vaxtının cəmlənmiş uçotunun tətbiqi zamanı yanaşma fərqli ola bilər. Əmək Məcəlləsinin 104-cü maddəsinin ikinci hissəsinə əsasən, iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir.

Misal 1. İşəgötürən dənizdə işləyən və iş vaxtının cəmlənmiş uçotu tətbiq edilən işçilər üçün 14 gün ardıcıl iş və istirahət rejimi tətbiq edir. Həmin iş rejiminə əsasən, işçilər hər gün dənizdə yerləşən iş yerlərində 14 gün ardıcıl işləyirlər. Qeyd etdiyimiz kimi Əmək Məcəlləsinin 103-cü maddəsinin tələblərinə uyğun olaraq növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. İşəgötürən 14 gün ardıcıl işlədikdən sonra 14 gün istirahət edir. Öncəki maddələrdə qeyd etdiyimiz iş rejiminin bu cür tətbiqi növbə cədvəli, kollektiv və ya əmək müqaviləsi ilə tənzimlənir.

Əmək Məcəlləsinin 104-cü maddəsinin üçüncü hissəsinə əsasən, hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.

Maddədən göründüyü kimi, qan və qan komponenti (qan komponentləri bütöv qanın qan bankında sentrifuqada çökdürülmə, süzülmə və doldurulma kimi üsullarla alınan müalicəvi hissədir) verərək donor olan şəxsə əmək qanunvericiliyində güzəştlər müəyyən edilib.

Misal 1. İşçi 25 fevral 2021-ci il tarixdə donor kimi qan bankına qan bağışlayıb. Bu zaman işçi fevral və ya mart aylarına təsadüf edən iş günlərinin birində istirahət edə bilər. Mümkündür ki, işçinin razılığı ilə həmin günü illik məzuniyyətinə də əlavə etsin. İşçinin həmin il üzrə əmək məzuniyyəti 30 təqvim günüdürsə, donor olduğu gün əlavə edildiyindən təqvim günlərinin sayı 31-ə çatdırılır .

Misal 2.
İşçi 26 fevral 2021-ci ildə qan verib və bunun müqabilində işçiyə ödəniş edilib. Bu halda işçiyə əlavə istirahət günü verilmir. Çünki Əmək Məcəlləsinin 104-cü maddəsinə əsasən, əlavə istirahət günü qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlarla münasibətdə təqdim edilir.


Əmək Məcəlləsinin 172-ci, “Əmək haqqının verilməsi müddətləri” maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

Maddədən göründüyü kimi məcburi tələb əmək haqqının ayda bir dəfə ödənilməsidir. Hətta iş vaxtının cəmlənmiş uçotu üçün qeydiyyat (uçot) dövrü illik götürülsə belə, işçiyə ayda bir dəfədən az olmayaraq əmək haqqı ödənilməlidir.

Misal. İşəgötürən və işçinin razılğı əsasında əmək haqqı hər ayın sonuncu günü verilir. Dekabrın 31-i bayram gününə təsadüf etdiyi üçün, əmək haqqı da bayramdan sonra yox, istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərindən əvvəlki gündə verilməlidir.

Aylıq əmək haqqının ayın sonu və ya növbəti ayın ilk günlərində verilməsi ilə bağlı hər hansı tələb yoxdur. Mütləq tarix tələbi işçinin əmək müqaviləsinə xitam verilməsi halına şamil olunur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

Misal. İşçi ilə işəgötürənin razılaşmasına əsasən, işçinin son iş günü 30 sentyabr 2021-ci il tarixi hesab edilir. İşəgötürən digər işçilərin əmək haqlarını 01 oktyabr 2021-ci ildə ödəyəcəyini nəzərə alaraq, işdən çıxan işçinin əmək haqqını bir gün sonra ödəyir. Əmək qanunvericiliyinin tələblərinə əsaslansaq, işəgötürənin bu addımı qanuna zidd hesab edilir, çünki işçi ilə son haqq-hesab o işdən çıxdığı gün həyata keçirilməlidir.

Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Misal 1. İşəgötürənin günahı ucbatından, yəni əmək haqqını vaxtında hesablamadığı üçün 5 gün ərzində 600 manatlıq əmək haqqı ödənilmir. Bu halda işəgötürən işçiyə 30 manat (600 x 5 gün x 1 faiz) ödənc verməlidir.

Qeyd: Əmək qanunvericiliyində “əmək haqqı işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.

Misal 2. İşəgötürən işdən çıxan işçiyə 700 manatlıq son haqq-hesabı ödəməkdən imtina edib. Hadisədən 60 gün keçib. İşçi məhkəməyə müraciət etdiyindən, artıq bu halda 1 faizlik ödənc hesablanmır. İşçi məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona dəyən maddi zərəri hesablayıb, işəgötürəndən tələb edir.

Misal 3. İşəgötürən müəssisəyə xidmət edən bankın müflisləşməsi səbəbindən işçilərə 1000 manat əmək haqqı ödənilməsini gecikdirir. Bu halda 1 faizlik ödəncin hesablanması həyata keçirilməyəcək.

Qeyd: İşəgötürənin günahı olmayan hallara müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblər aid edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq
  • Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları
    Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları
    08-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    05-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]