logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Mənfəət vergisi ödəyicisi istənilən tarix vergi mükəlləfiyyətini dəyişə bilər?

  • Bloq
  • 28-iyl-2022, 10:56
  • 204
Mənfəət vergisi ödəyicisi istənilən tarix vergi mükəlləfiyyətini dəyişə bilər?


Maraqlı məsələlərdən biri də mənfəət (gəlir) vergisi ödəyicisinin istənilən tarixdə cari vergi ödəyicisi statusundan imtina edərək sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan faydalana bilməsi ilə bağlıdır.

Misal. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin 2022-ci ilin birinci rübünün göstəricilərinə əsasən, elektron qaimə-faktura ilə təqdim etdiyi malların ümumi həcmi 30 faizdən yüksək olduğu üçün, O, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir. Vergi ödəyicisi 2022-ci ilin ikinci rübündə elektron qaimə-faktura ilə rəsmiləşdirilən əməliyyatlarının həcminin 30 faizdən aşağı olmasını əsas tutaraq yenidən sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə edə bilər?

Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir.

Maddədən göründüyü kimi, vergi ödəyicisi il ərzində mənfəət (gəlir) vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyi halda ilin sonuna kimi həmin mükəlləfiyyətini dəyişə bilməz.

Misalımızdakı vergi ödəyicisi mənfəət (gəlir) vergisindən yenidən sadələşdirilmiş vergiyə qayıtmaq üçün 2022-ci il üzrə Mənfəət vergisi bəyannaməsi təqdim edir. Vergi ödəyicisi ya 1 yanvar 2023 – 20 aprel 2023-cü il dövründə sadələşdrilmiş vergi ödəyicisi olmaqla bağlı vergi orqanına müraciət etməlidir, ya da 2023-cü il aprel ayının 20-dən gec olmayaraq Sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech