logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Müəssisənin təsisçiyə qaytardığı faizsiz borc məbləğindən vergi tutulurmu?

  • Bloq
  • 28-iyl-2022, 17:29
  • 87
Müəssisənin təsisçiyə qaytardığı faizsiz borc məbləğindən vergi tutulurmu?

Vergi ödəyicisi olmayan təsisçi 2018-2020-ci illərdə müəssisənin bank hesabına borc müqavilələri əsasında 300.000 manat vəsait köçürmüş, müəssisə 2021-2022-ci illərdə həmin borcu nağdsız qaydada tam qaytarmışdır. Təsisçiyə qaytarılmış faizsiz məbləğdən vergi tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech